ELM VƏ TƏHSİL SAHƏSİNDƏ UĞURLAR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 81-ci ildönümünə həsr olunmuş “Elm və təhsildəki uğurlar Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda konfrans keçirilmişdir. Filialın direktoru, professor Ramiz Məmmədov konfransı açaraq ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını bir daha yada salmışdır. Məruzə və çıxışlarda 1993-cü ildən sonra müstəqil Azərbaycan dövlətinin Heydər Əliyev tərəfindən möhkəmləndirilməsi nəticəsində elm və təhsildə əldə olunan nailliyyətlər diqqətə çatdırılmış, təhsil ocaqlarının maddi-texniki bazasının yüksəldilməsi istiqamətində görülən işlərdən danışılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Müəllimlər İnstitutunun yaradılması məhz bu qayğının nəticəsidir. Konfransda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin elm və təhsilin inkişafına diqqətlə yanaşmasından söhbət acılmış, onun elm və təhsil işçilərini sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə imzaladığı sərəncam bu diqqətin təzahürü kimi qiymətləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]