Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmar Məmmədyarov: Azərbaycanda İKT-nin inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir

Elmar Məmmədyarov: Azərbaycanda İKT-nin inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir

Bakı, 19 sentyabr, AZƏRTAC

Biz yüksək texnologiyalar dövründə yaşayırıq. Süni zəka, bulud tipli məlumat bazası, əşyaların interneti və cihazlararası uzlaşma (M2M) texnologiyaları qlobal tendensiyalardır. Bu texnologiyaların inkişafı və dördüncü sənaye inqilabı ölkələrə və hökumətlərə həyat keyfiyyətini artırmaq və insanların həyat səviyyəsini yaxşılaşdırmaqla ictimai xidmətlərdə keyfiyyəti və şəffaflığı təkmilləşdirmək üçün yeni iqtisadi imkanlar yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Çində keçirilən Davos Dünya İqtisadi Forumunun illik toplantısının "Avrasiyada inklüziv rəqəmsal inkişaf" adlı panel iclasında çıxışı zamanı söyləyib.

Nazir qeyd edib ki, bu sahədə sərmayələr hər bir ölkənin gələcəkdə davamlı inkişafında mühüm rol oynayır. Evlərin yüksək sürətli internetə çıxışı, Böyük Həcmli Verilənlər (Big Data) çağırışı üçün bulud tipli məlumat bazası, kiber təhlükələrə cavab verən yaxşı inkişaf etmiş həll yolları bu prosesdə başlıca maneə kimi nəzərdən keçirilə bilər.

Bildirilib ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir. “Biz yüksək texnologiyaları davamlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi tanıyırıq və bu sektorun inkişafı üçün zəruri addımlar atırıq. Qlobal iqtisadiyyatda dəyişikliklər informasiya və kommunikasiya texnologiyalarını ölkədə ən sürətlə inkişaf edən sektorlardan biri etdi. Belə ki, hazırda enerji və nəqliyyatdan sonra bu sahə ölkənin üçüncü vacib iqtisadi sektorudur”, - deyə nazir vurğulayıb.

Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Respublikasının informasiya və telekommunikasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi 2016-cı ildə Prezidentin Sərəncamı ilə təsdiq edilib. Bu, İKT sektorunun inkişafının müxtəlif aspektlərini, habelə müvafiq tənzimləyici məsələləri əhatə edir. Siyasi çərçivələri və idarəetmə protokollarını hazırlayarkən biz elmi tərəqqi və innovativ inkişafa böyük diqqət ayırırıq. Ölkə əsas hədəflərdən bir neçəsi qismində rəqəmsal ticarət, transsərhəd məlumat axınları, blokçeyn və bölüşdürülmüş kitabça texnologiyasına diqqət ayırır.

Ölkə əhalisinin 79 faizi internet istifadəçisidir, onların 72 faizi genişzolaqlı internetdən istifadə edir. İlbəil evlərin internetə çıxışı artır və indi bu rəqəm 77.2 faizdir. Rəqəmsal televiziya yayımına keçid tamamlanıb. Bununla yanaşı, “Azerspace-1” telekommunikasiya peyki, “Azersky” yer səthinin müşahidə peyki uğurla fəaliyyət göstərir və müasir peyk xidmətlərini təmin edir.

Azərbaycanda bütün dövlət təşkilatlarından 30 milyon dəfə tətbiq edilmiş 450 növ xidmətdən çox olmaqla blokçeyn texnologiyasına əsaslanan eGov portalı təsis edilib. Hazırda gömrük bəyannamələrinin 100 faizi, vergi bəyannamələrinin 90 faizi, əmək müqavilələrinin 100 faizi və qaimələrin 100 faizi onlayn qaydada yerinə yetirilir.

Qeyd edilib ki, milli malların onlayn kataloqunu yaratmaqla yanaşı, yeni xarici bazarlara çıxış üçün Rəqəmsal Ticarət Mərkəzi (RTM), dövlət özəl tərəfdaşlıq platforması yaradılıb. Bu platformanın əsas məqsədi bütün lazımi xidmətləri göstərməkdir, həmçinin öz məhsullarını ixrac etmək istəyən sahibkarları, o cümlədən xırda və orta sahibkarları lisenziyalar, icazələr, sertifikatlar və ödəniş imkanları ilə təmin etməkdir. Azərbaycanın Rəqəmsal Ticarət Mərkəzi yerli və regional səviyyədə inkişaf edir. 2016-cı ildə əsası qoyulduqdan sonra fəaliyyətinin ilk ilində 74 ölkədən sifariş edilmiş 475 milyon ABŞ dolları dəyərində mallar istehsal olunub.

Azərbaycan dünyada Rəqəmsal Ticarət Mərkəzi vasitəsilə qeyri-rezidentlərə E-Rezidentura təklif edən ikinci, m-Rezidentira təklif edən birinci ölkədir.

Nazir deyib: “Biz Bakıda İnnovasiyalar Mərkəzi qurmaq niyyətindəyik. Bu mərkəz innovativ ideyaları olan gənc sahibkarlar və startaplar üçün pulsuz olacaq. Onların, həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant və kredit almaq imkanı da var. Azərbaycan hökuməti sahibkarlara öz ideyalarını həyata keçirmək üçün dəstək verir.

WEF Global IT 2016-cı il hesabatına əsasən, Azərbaycan mobil şəbəkə əhatəsi üzrə birinci, hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət və İKT sektorunun təbliğində hökumətin uğuruna görə səkkizinci, vətəndaşlara dövlət xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən qabaqcıl texnologiya məhsullarının satın alınması və İKT-lərin istifadəsi üzrə on ikinci yerdə qərarlaşıb. Qeyd edək ki, Dünya İqtisadi Forumunun "İnklüziv İnkişaf İndeksi 2018" hesabatında Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında üçüncü, MDB və Avrasiya regionunda birinci yerdədir”.

Elmar Məmmədyarov diqqətə çatdırıb ki, coğrafi mövqeyi və iqtisadi potensialı sayəsində Avrasiya regionu bu gün diqqət mərkəzindədir. Təbii ehtiyatlar və karbohidrogen ehtiyatları ilə zəngin olan region həm də yüksək elmi və texnoloji potensiala və insan resurslarına malikdir.

Eyni zamanda, regionda müasir və yüksək texnoloji İKT infrastrukturlarının qurulması zəruridir və bu məqsədlə, Azərbaycan hökuməti Frankfurt şəhərindən Honq-Konq şəhərinə istiqamətlənən transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutan "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi (TASİM) təşəbbüsü ilə çıxış edib. Bu genişzolaqlı marşrut, hər saniyənin vacib olduğu rəqabət dövründə Şərq və Qərbi birləşdirən ən qısa xətt olmalıdır. BMT Baş Assambleyasının qətnaməsi ilə dəstəklənən layihə cəlb olunan ölkələrə təkmilləşdirilmiş regional və qlobal uzlaşma, diversifikasiya marşrutları, rəqəmsal bölünmənin pozulması və davamlı inkişaf məqsədlərinə (SDGs) töhfə verilməsi kimi məsələləri nəzərdə tutur. Biz əminik ki, TASİM layihəsinin reallaşdırılması Avrasiyanın dənizə çıxışı olmayan ölkələri üçün yeni iqtisadi imkanlar açacaq. İnanırıq ki, İKT sektorunun inkişafı sahəsində digər tədbirlərlə yanaşı, nəqliyyat dəhlizlərinin infrastruktur rəqəmsallaşdırılması da inklüziv artımın effektiv təminatçısı kimi xidmət edəcək.

“Tarixə nəzər salsaq, bu region ticarət marşrutlarının mərkəzi hesab edilib və daha geniş regionda iqtisadi inkişafda mühüm rol oynayıb. Hər kəsə Böyük İpək Yolunun tarixi əhəmiyyəti məlumdur və təsadüfi deyildir ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bu təşəbbüsü dəstəkləyib və onun bərpasında aparıcı rol oynayıb. Ümumiyyətlə, Azərbaycan regionda Bakı-Tbilisi-Qars neft kəməri, Trans-Anadolu qaz kəməri (TANAP), Trans-Adriatik kəməri (TAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bəzi nümunələr göstərilməklə böyük infrastruktur layihələrinin təşəbbüskarı kimi tanınır.

Azərbaycan məsafə və zaman baxımından Çin və Avropa arasında ən qısa əlaqə hesab edilir. Müxtəlif hesablamalara əsasən, bu əlaqə nəqliyyat daşımalarının vaxtının 70 faizinə qənaət etməyə imkan verir. Hazırda Avropa və Asiya arasında ticarət axını artdığından Azərbaycan Avrasiyanın kəşisməsində nəqliyyat və logistika qovşağı kimi inkişaf edir”, - deyə nazir qeyd edib.

Bildirilib ki, Azərbaycan Avropa ilə Asiyanın birləşdirilməsində, xüsusilə tranzit və logistik imkanlar, transxəzər nəqliyyat və ticarət dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Ələt Beynəlxalq Ticarət Limanı vasitəsilə Çinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılması baxımından əlverişli mövqe tutur. Çin və Avropa İttifaqı ölkələrinin nəqliyyat şəbəkələrinin əlaqələndirilməsinə yönəlmiş bu layihələr Avrasiya çərçivəsində iqtisadi və ticarət əlaqələrinin inklüziv və davamlı inkişafına, eləcə də regional inkişafı və rifahı təşviq etməklə insanlar arasında təmasların fəallaşdırılmasına töhfə verəcək.

Bundan əlavə, Azərbaycan daha sürətli Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılmasında tərəfdaşları ilə əməkdaşlıq edir. Bu marşrut quru yolla İran, Pakistan və Hindistandan Avropa ölkələrinə Azərbaycan vasitəsilə yük daşımalarının həyata keçirilməsini təmin edir.

Təhlükəsizlik və sabitliyin qorunması Avrasiyada inklüziv rəqəmsal inkişafa nail olmaq üçün vacib bir şərtdir. Lakin hazırkı reallıqlar şəraitində, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın inkişafını və eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızı məhdudlaşdırır. Bu xüsusda, vurğulamaq istərdim ki, bu işğalçı siyasət Ermənistanın özünü regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir. Beləliklə, biz hələ daha da geniş əhatəli və hərtərəfli iqtisadi əməkdaşlığa keçmək üçün regionumuzun mövcud potensialdan tam şəkildə istifadə edə bilmirik.

Texnologiyaların sürətli inkişafı insanlara və ölkələrə iqtisadi və sosial sahələrdə yeni imkanlar yaradır. Bununla yanaşı, həmin proses kiber hücumlar və iş yerlərinin itirilməsi kimi yeni çağırışlar və təhdidlər gətirir. Bu çətinliklərlə üzləşərkən dövlətin üzərinə böyük məsuliyyət düşür. Beləliklə, vəziyyət düzgün qiymətləndirilməli və vətəndaşların bu kimi təhdidlərdən qorunması üçün lazımi ölçülər götürülməlidir.

Nazir çıxışının sonunda Azərbaycanın İKT və inklüziv davamlı inkişaf üçün yeni texnologiyaların artan əhəmiyyətini və bununla da iqtisadi göstəricilərin yüksəldilməsini və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasını nəzərə alaraq, Avrasiya regionu ilə bu sahədə əməkdaşlığı daha da möhkəmləndirməyə və genişləndirməyə hazır olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib