ELMİ-PRAKTİK KONFRANS
Məhəmməd Əsəd bəyin yaradıcılığına dair kitabların təqdimatı da olmuşdur. Alman-Azərbaycan Cəmiyyətinin sədri Çingiz Abdullayev, İtaliyanın Neapol Universitetinin professoru Romalo Erkolino, Almaniyanın “Un Welt Film” çəkiliş qrupunun rəhbəri Ralf Marschallek, Tbilisi Dövlət Universitetinin professoru Nana Qaprindaşvili, professorlar Həsən Quliyev, Zeydulla Ağayev və başqaları yazıçının mühacirətdəki həyat və fəaliyyətindən danışmışlar. Tədbirin sonunda Bakı Musiqi Akademiyası tələbələrinin ifasında Məhəmməd Əsəd bəyin yaşadığı ölkələri - Azərbaycan, Türkiyə, Almaniya, Avstriya və İtaliyanı tərənnüm edən musiqi əsərləri səslənmişdir.