Elşad Quliyev: Çempionlar Liqasında iştirak “Zirə” üçün əsl təcrübə oldu
Bakı, 11 sentyabr, AZƏRTAC
Çempionata yaxşı başlamadıq. Elə komandalar var idi ki, onların bu dərəcədə güclü olacaqlarını düşünmürdük.
AZƏRTAC xəbər verir ki, bu sözləri minifutbol üzrə “Zirə” komandasının baş məşqçisi Elşad Quliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
46 yaşlı mütəxəssis Çempionlar Liqasının komanda üçün əsl təcrübə olduğunu vurğulayıb: “Matçlara çox yaxşı şəkildə hazırlaşmışdıq. “Zirə” komandası ilk dəfə idi ki, bu turnirdə iştirak edirdi. Komandamıza qoşulan təzə futbolçularımız var idi ki, onlarla çox az işləmişdik. Bu səbəbdən bizim üçün matçlar bir az çətin keçdi. İlk iki oyundan sonra toparlana bildik və uğur qazandıq”.
Qeyd edək ki, “Zirə” komandası Çempionlar Liqasında üçüncü yeri tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]