ƏLVERİŞSİZ HAVA ŞƏRAİTİ İSTANBULA 15-20 MİLYON DOLLAR ZİYAN VURMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri Ankaradan xəbər verir ki, keçən həftə İstanbuldakı qasırğa və güclü qar böyük problemlər yaratmışdır. Şəhərdə elektrik enerjisi, su, qaz təchizatı pozulmuş, məktəblərdə dərslər dayandırılmış, avtomobil və dəniz nəqliyyatının fəaliyyəti xeyli çətinləşmişdir. İstanbul Böyük Şəhər Bələdiyyəsinin təbii fəlakətlərə qarşı əlaqələndirmə mərkəzi dörd gün davam edən qar və qasırğanın şəhər büdcəsinə vurduğu maddi zərəri açıqlamışdır. Əlverişsiz hava şəraiti nəticəsində şəhərə təxminən 15-20 milyon dollar məbləğində ziyan dəymişdir. İstanbulda və şəhərətrafı qəsəbələrdə bir çox binaların damları uçmuş, şəxsi avtomobillər sıradan çıxmış, özəl şirkətlər xeyli zərər çəkmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]