Elxan Cəfərov: Kino Forumu bu sahədəki problemlərin həlli baxımında çox əhəmiyyətlidir
Bakı, 20 aprel, AZƏRTAC
Kino Forumunun təşkili kino işçisi olaraq bizi çox sevindirir. Çünki həm cəmiyyət, həm dövlət idarəçilik strukturları qarşısında öz problemlərimizi açıq şəkildə bəyan edə və kinomuzda olan çatışmazlıqları açıqlaya bilirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərbaycan Kinosu -125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilən Kino Forumunda iştirak edən kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov deyib.
“Kinematoqrafiyanın inkişafı üçün ardıcıl və istiqamətli bir yol getmək lazımdır. Biz o yolun astanasındayıq. Milli kinomuzu yüksək səviyyəyə, dünya arenasına çıxartmaq üçün Azərbaycan kinosunda bir sıra işlər görülməli, kadr, texniki, istehsalat, maliyyələşdirmə, eləcə də təbliğat problemləri aradan qaldırılmalıdır. Bizim üçün ən önəmli olan bu problemlərin hamısını geniş ictimaiyyətə təqdim edərək, çatışmazlıqların aradan qaldırılması istiqamətində yollar tapmaqdır. Bu Forumun da əhəmiyyəti bundadır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]