EMAL MÜƏSSİSƏLƏRİNDƏ 167 MİN TONDAN ÇOX REAKTİV MÜHƏRRİK YANACAĞI İSTEHSAL OLUNMUŞDUR
Heydər Əliyev adına Bakı və “Azərneftyag” neft emalı zavodlarında cari ilin yanvar–aprel aylarında 167 min 270 ton, yəni proqnozdan 16 min 770 ton artıq reaktiv mühərrik yanacağı istehsal olunmuşdur.
Azərbaycan Dövlət Neft Şirkətinin neft emalı şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən dörd ayda bu növ yanacaqdan 51 min 364 tonu respublikadan kənara göndərilmiş, 118 min 737 ton ölkənin daxili tələbatına yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]