ƏMƏK MÜNASİBƏTLƏRİ SAHƏSİNDƏ İŞƏGÖTÜRƏNLƏRİN VƏZİFƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, məşğələdə 60-dan çox iş adamı, o cümlədən sahibkarlıq subyektlərinin rəhbərləri, əmək münasibətləri sahəsində işəgötürənlərin səlahiyyətlərini yerinə yetirən şəxslər iştirak etmişlər.
Tədbirdə “Əməyin mühafizəsi üzrə dövlət siyasəti və işəgötürənlərin bu sahədə vəzifələri”, “Əmək müqaviləsinin şərtlərinin tərtib edilməsi qaydaları və onların yerinə yetirilməsində tərəflərin qarşılıqlı məsuliyyəti” və “ Əmək münasibətlərinin tənzimlənməsində işəgötürənlərin rolu” mövzularına həsr olunmuş məruzələr dinlənilmişdir.
Qeyd edək ki, növbəti seminarların Əli Bayramlı və Lənkəran şəhərlərində keçiriləcəyi nəzərdə tutulur.