Əməkdar elm xadimi Arif Həsənovun biblioqrafiyası çap olunub
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycanın Əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Arif Həsənovun biblioqrafiyası çap olunub.
Bu barədə AZƏRTAC-a AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundan məlumat verilib.
Bildirilib ki, Arif Həsənovun biblioqrafiyası 1963-cü ildən 2020-ci ilə qədər olan dövrü əhatə edir. Biblioqrafiyaya müxtəlif toplu, jurnal və qəzetlərdə Azərbaycan, rus, ingilis dillərində çap olunmuş məqalələr, müəlliflik şəhadətnamələri, patentlər, dərslik və monoqrafiyalar daxildir. Materiallar xronoloji ardıcıllıqla yerləşdirilib və Arif Həsənovun əsərlərinin əlifba göstəricisi verilib.
Biblioqrafiyada, həmçinin alimin həyatı, ictimai fəaliyyəti haqqında qısa oçerk, elmi əsərlərinin siyahısı, rəhbərlik etdiyi və məsləhətçi olduğu dissertasiyalar, diplomlara daxil olan bölmələr haqqında məlumatlar, opponentlik etdiyi və resenziya verdiyi dissertasiyalar haqqında məlumatlar yer alıb.