Emin Əmrullayev: Qarabağ Universitetinin fəaliyyətinin genişləndirilməsi üçün 17 milyon manat ayrılıb
Bakı, 20 noyabr, AZƏRTAC
Növbəti ildə Qarabağ Universitetinin fəaliyyətinin genişləndirilməsi üçün 17 milyon manat ayrılıb.
AZƏRTAC xəbər verir ki, bunu noyabrın 20-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev söyləyib.
“Qarabağ Universitetinin bakalavriat səviyyəsinə ümumilikdə 1104 nəfər qəbul olunub. Qəbul olunanların 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Gələn il isə qəbul olunan tələbələrin sayı 1200-1500 nəfər proqnozlaşdırılır. Həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin genişləndirilməsinə 10 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da əlavə vəsait və xərc deməkdir”, - deyə nazir qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:31]
Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil
- 07.10.2026 [14:23]
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB
- 07.10.2026 [14:11]
BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib
- 07.10.2026 [12:30]