Emin Mahmudov: Ardıcıl qazandığımız qələbələr inamımızı artırdı
Bakı, 25 sentyabr, AZƏRTAC
Slovakiyaya qarşı çox yaxşı, sona kimi mübarizə apardıq. Bu, bizə yaxşı nəticə qazanmağımıza kömək etdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunları çərçivəsində sentyabrın 25-də Qazaxıstan millisini qəbul edəcək Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov mətbuat konfransında deyib.
Futbolçu bildirib ki, bəzi oyunlarda bəxtimiz gətirmirdi. Ardıcıl qələbələr qazandıq. Bu, özümüzə olan inamı artırdı. Əsas odur ki, davamlı olsun. Bəzi oyunlarda daha yaxşı oynaya, çox xal toplaya bilərdik. Potensialımız imkan verir ki, daha yaxşı oynayaq. Bəzi matçlarda potensialımızdan daha aşağı çıxış etdik. Məncə, daha yaxşı nəticələr əldə edə bilərdik.
Qeyd edək ki, sentyabrın 25-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:35]
“Turan Tovuz” kapitanı ilə vidalaşıb
- 09.06.2026 [16:19]
Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]
Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
- 09.06.2026 [15:22]