EMİN SABİTOĞLUNUN YARADICILIĞINA HƏSR EDİLMİŞDİR
Teatrın direktoru Arif Qazıyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, gecədə Milli Məclisin deputatları, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Vaqif Səmədoğlu, xalq artisti, bəstəkar Şəfiqə Axundova, Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Ocaqov, Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov, xalq artisti, professor Ramiz Quliyev və başqaları çıxış edərək, Emin Sabitoğlunun, əsasən, mahnı, musiqili komediya, teatr və kino musiqisi müəllifi kimi geniş şöhrət qazanmasından, lirik mahnılarının ürəklərə asanlıqla yol taparaq dillər əzbəri olmasından, səmərəli pedoqoji fəaliyyətindən danışmış, xoş xatirələrini söyləmişlər.
Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədi Ceyran Mahmudova atasının xatirəsinə və yaradıcılığına göstərilən diqqətə görə bəstəkarın ailəsi adından minnətdarlığını bildirmişdir.
Sonra incəsənət ustalarının ifasında Emin Sabitoğlunun lirik mahnıları və musiqili komediyalarından parçalar səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]
Şuşa şəhərinin ərazisində yerləşən abidələrlə bağlı qanun sərtləşdirilir
- 12.06.2026 [12:28]
“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]