“ƏMRAH” SIĞORTA ŞİRKƏTİ RÜBƏ YEKUN VURMUŞDUR
“Əmrah” sığorta şirkətinin cari ilin birinci rübü ərzində topladığı sığorta mükafatlarının həcmi 109,7 milyon manat təşkil etmişdir. Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qəzalara qarşı sığortalanmadan 82,6 milyon manat, yüklərin sığortalanmasından 21,2 milyon manat və avtonəqliyyat vasitələri sahiblərinin vətəndaş məsuliyyətinin məcburi sığortalanmasından 5,8 milyon manat daxil olmuşdur.
Şirkət ilin ilk üç ayı ərzində 41,7 milyon manat məbləğində ödəmə əməliyyatları aparmışdır ki, bunlar da qəzalardan sığortalanma hesabına mümkün olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]