ƏNDİCAN HADİSƏLƏRİNDƏ TƏQSİRLİ BİLİNƏN DAHA 25 NƏFƏRƏ UZUNMÜDDƏTLİHƏBS CƏZASI KƏSİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, dekabrın 2-də Daşkənd vilayət və şəhər məhkəmələri Əndican hadisələrində təqsirli bilinən daha 25 nəfəri uzunmüddətli həbs cəzasına məhkum etmişdir. Onlar Cinayət Məcəlləsinin terrorizm, dövlət çevrilişinə cəhd, qəsdən adamöldürmə və digər maddələri ilə ittiham olunmuşlar. Məhkəmə qapalı keçirilmiş, yerli və beynəlxalq hüquq müdafiəçiləri prosesə buraxılmamışlar.
Özbəkistan Ali Məhkəməsindən müxbirimizə bildirmişlər ki, Daşkənd vilayət məhkəməsi 13 nəfəri 12 ildən 20 ilədək, Daşkənd şəhər məhkəməsi isə 12 adamı 12 ildən 22 ilədək azadlıqdan məhrum etmişdir.
Rəsmi məlumata görə, Əndican hadisələrində 187 nəfər həlak olmuşdur. Yerli və xarici hüquq müdafiəçiləri isə həlak olanların 800-dən artıq olduğunu iddia edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]