Ənənəvi karate üzrə seminar və dan imtahanları keçirilib
Bakı, 31 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Oktyabrın 30-da Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında ənənəvi karate üzrə növbəti seminar və dan imtahanları təşkil olunub.
AZƏRTAC xəbər verir ki, seminar və imtahana AMKF-nin prezidenti Yaşar Bəşirov və kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazov rəhbərlik edib. Respublikanın müxtəlif bölgələrindən gələn idmançılar karate biliklərini artırmaqla yanaşı, dərəcələrini yüksəltməyə də müvəffəq olublar. İki gün davam edən seminarda məşqçilər də iştirak edib.