İQTİSADİYYAT
Energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılmasına 40 milyon manat ayrılıb
Bakı, 25 dekabr, AZƏRTAC
Energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması üçün “Azərenerji” ASC-yə 40 milyon manat ayrılıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 25-də “Energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərenerji” ASC-yə nizamnamə kapitalının artırılması üçün 40 milyon manat ayrılıb.