ENERJİ DAŞIYICILARININ QİYMƏTİNİN ARTIRILMASI PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Qeyd edilmişdir ki, respublikanın yanacaq-energetika sektorunun ciddi islahatlara ehtiyacı var. Mütəxəssislərin fikrincə, bu prosesin gercəkləşdirilməsi düşünülmüş yanaşma tələb edir. Seminarda taarif siyasətinin yenidən qurulması barədə də fikir mübadiləsi aparılmışdır. Yeni taarif sistemi əhalinin aztəminatlı təbəqələrinə zərər yetirməməlidir. Ona görə də bazar subyektlərinin münasibətlərini tənzimləyən müvafiq qanunvericilik aktlarını təkmilləşdirmək lazımdır.