ENERJİ TƏCHİZATINDAKI PROBLEMLƏR ARADAN QALDIRILIR
Şəbəkənin direktoru Nemət Qasımovun AZƏRTAC-ın müxbirinə verdiyi məlumata görə, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son aylar rayonda həm enerji itkisinin qarşısı alınmış, həm də işlədilən enerji haqqının yığılması 75 faizə çatdırılmışdır. Artıq rayonda abonentlərin təqribən 40 faizinin mənzillərində elektrik sayğacları quraşdırılmışdır. Bu rəqəmi ilin axırınadək 80 faizə çatdırmaq üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. Bundan başqa, qış mövsümünə hazırlıq məqsədi ilə xeyli iş görülmüşdür. 40 kilometrədək ötürüçü xətt yeni kabellə əvəz olunmuş, 50 elektrik dirəyi dəyişdirilmiş, 10 ədəd təzə transformator qoyulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:09]
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]