ƏNVƏR SƏDATIN MƏZARINI ZİYARƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Qahirədə Misir Ərəb Respublikasının keçmiş Prezidenti Ənvər Sədatın məzarını ziyarət edərək əklil qoymuşdur.Xatırladaq ki, Camal Əbdül Nasirin vəfatından sonra, 1970-ci ilin oktyabrında Prezident seçilmiş Ənvər Sədat 1981-ci il oktyabrın 6-da hərbi parad zamanı “Müsəlman Qardaşları” terrorçu təşkilatının üzvü tərəfindən qətlə yetirilmişdir.