Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr artırılır
Bakı, 18 dekabr, AZƏRTAC
Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, dəyişiklikdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərin 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslərin 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs olunması, hüquqi şəxslərin 5 min manatdan 11 min manatadək məbləğdə cərimə edilməsi təklif edilir.
Hazırda isə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [19:23]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [18:33]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:14]