Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov və Agentliyin kollektivi 27 Sentyabr - Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib, Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsini yad ediblər.
Bu barədə AZƏRTAC-a Agentlikdən məlumat verilib. Ziyarətçilər tərəfindən Bakıda inşası davam etdirilən Zəfər parkının girişində olan xatirə daşının üzərinə gül dəstələri qoyulub.
Agentliyin rəhbərliyi və kollektivi şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.