Əqli mülkiyyətlə bağlı Koreya təcrübəsinin öyrənilməsi üzrə təlimlər keçirilir
Bakı, 11 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə reallaşdırdıqları “Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində əqli mülkiyyət sahəsində onlayn təlimlər keçirilir.
YTP-dən AZƏRTAC-a bildirilib ki, təlim kursu müxtəlif sahələri təmsil edən iştirakçılara patentlərin əsas hüquqi prinsiplərini və kommersiya aspektlərini təqdim etmək məqsədi daşıyır. Təlimlərə bakalavr və magistrlər də qoşula bilər.
Mayın 10-dək davam edəcək təlimlərdə “Patent hüququnun pozulması və onun qarşısının alınması”, “Güclü patenti necə əldə etmək olar?”, “Seleksiya patentləri və mülkiyyət hüquqları”, “Patent lisenziyası və kommersiyalaşdırılma”, “Patent biznesi” mövzularında təqdimatlar olacaq.
Təlimlər Seul Milli Universitetinin professoru, uzun illər ABŞ-da patent vəkili kimi çalışmış professor Yangtak Şimin tərəfindən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:30]
Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”
- 07.10.2026 [11:41]
Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək
- 07.10.2026 [11:11]