“Equinor”un Azərbaycandakı layihələri və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb
Bakı, 17 mart, AZƏRTAC
Energetika Nazirliyində Norveçin “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və istehsalat üzrə icraçı vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə “Equinor” şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən layihələr və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. Energetika naziri Pərviz Şahbazov şirkətin ölkəmizdə uzunmüddətli fəaliyyətindən bəhs edərək, enerji əməkdaşlığına verdiyi töhfələri qeyd edib. “Equinor” şirkəti ilə neft-qaz sahələri üzrə əməkdaşlıqla yanaşı, bərpaolunan enerji sahəsinin inkişafına təkan verəcək birgə layihələrin həyata keçirilməsi də müzakirə olunub.
Ölkəmizdə bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, bu istiqamətdə investisiya qoyuluşunun təşviqi ilə bağlı görülən işlər və reallaşan layihələr barədə danışan nazir qeyd edib ki, yaşıl enerji sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
“Equinor” şirkətinin bərpaolunan enerji mənbələri, xüsusilə günəş və külək enerjisindən istifadə sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verilib, şirkətin bu sahədə geniş təcrübəyə malik olduğu qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]