ƏR - RİYADDA GÖRÜŞ
Azərbaycanin Səudiyyə Ərəbistanındakı səfirliyindən müxbirimizə bildirmişlər ki, respublikamızın Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Elman Araslı bu ölkənin gənclər və idman şurasının sədri Əmir Sultan bin Fəhd bin Əbdüləzizlə görüşmüşdür.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə səfir E.Araslı Səudiiyyə Ərəbistanı ilə bütün sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsinə Azərbaycanın böyük maraq göstərdiyini əmirin diqqətinə çatdırmış, ölkəmizin ictimai-siyasi və iqtisadi həyatı ilə bağlı ona ətraflı məlumat vermişdir.
Əmir Sultan Səudiyyə Ərəbistanı Krallığı rəhbərliyinin və ictimaiyyətinin Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirdiyini nəzərə çatdırmış, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır.
Səfir Elman Araslının Əmir Sultanla görüşü barədə məlumat Səudiyyə Ərəbistanı kütləvi informasiya vasitələrində, o cümlədən televiziya kanalları tərəfindən geniş işıqlandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]