Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ərazisi kiçik, amma addımları iri olan Azərbaycanın sirri - ŞƏRH

Ərazisi kiçik, amma addımları iri olan Azərbaycanın sirri -  ŞƏRH

Bakı, 11 dekabr, AZƏRTAC

Bütün dünya diqqətlə izləyir. Ərazisi kiçik, amma addımları iri olan bu ölkənin sirri nədir? Cəmi 44 günə Ermənistan üzərində Qələbə qazanaraq işğala son qoydu, xaraba qalmış şəhər və kəndlərini yenidən qurdu, hava limanları inşa etdi, yeni avtomobil və dəmir yolları çəkdi. Bu ölkənin lideri Avropada, Asiyada və Amerikada hörmətlə qarşılanır. İndi gəlin, bu sirli addımların şifrələrini açaq. Cəmi bir neçə il əvvəlki vəziyyətə nəzər salaq. Avropa İttifaqı Azərbaycanla münasibətlərdə qərəzli idi, Brüssel daim rəsmi Bakını nələrdəsə ittiham edirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Arazxan Balayev bildirib.

O qeyd edib ki, Vaşinqtonla əlaqələrdə ən gərgin dövrlərdən biri yaşanırdı: “Çin və Mərkəzi Asiya ölkələri isə Azərbaycanla münasibətlərə prioritet kimi baxmırdı. Yaranmış bu gərgin münasibətlər düyününü çözmək üçün ilk şifrə diplomatik addımları səbirlə davam etdirmək idi. Misal üçün, Avropa İttifaqı ölkələrinin Azərbaycana qarşı münasibətinin necə dəyişdiyinə diqqət edək. Prezident İlham Əliyev Brüsseldə verilən qərəzli qərarların heç də bütün ittifaq ölkələri tərəfindən dəstəklənmədiyini anlayırdı. Beləliklə, həmin ölkələr müəyyənləşdirildi və səbirlə ikitərəfli münasibətlərin inkişafı üçün addımlar atıldı. Bu siyasət qısa müddətdə Avropa İttifaqı ölkələrinin əksəriyyəti ilə yüksəksəviyyəli əlaqələrin qurulması ilə nəticələndi. İtaliya, Macarıstan, Serbiya, Slovakiya və digərlərinin adlarını çəkə bilərik. Düzdür, yenə də Avropa İttifaqında Azərbaycanı sevməyən və hələ də qərəzli mövqedə qalan qüvvələr var, amma bu meyillər əvvəlki qədər güclü deyil.

İkinci istiqamət olaraq ABŞ ilə münasibətlərə nəzər yetirsək, bir il ərzində nə qədər irəliləyiş əldə olunduğunu görə bilərik. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə hörmətlə yanaşır və öz çıxışlarında tez-tez Azərbaycan Prezidentinə istinad edir. Ermənistanla sülh sazişinin paraflanması və Zəngəzur dəhlizinin açılması barədə razılığın Vaşinqtonda əldə olunması atılan düzgün və səbirli addımların növbəti nəticəsi idi. İndi Bakı ilə Vaşinqton münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcək sənəd üzərində işləyir”.

Çin və Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafına gəlincə ekspert bildirib ki, bu istiqamətdə də reallıqları Azərbaycan özü yaratdı: “Əvvəlcə bir suala cavab tapaq. Necə oldu ki, Azərbaycanla münasibətlər bu region üçün prioritet oldu? Rusiya və Ukrayna arasında davam edən müharibə şimal istiqamətində ticarəti mümkünsüz etdi. Cənubda isə İran, İraq, Suriya, Yəmən və digər gərgin ərazilər yükdaşımalara təhlükə yaradırdı. Belə bir vəziyyətdə ən təhlükəsiz region Cənubi Qafqaz və Mərkəzi Asiya idi. Bu vəziyyətdə Azərbaycan Prezidenti gərgin münasibətlər düyününü çözmək üçün istifadə etdiyi daha bir şifrəni işə saldı. Bu Azərbaycanın etibarlı tərəfdaş imici idi. Bu şifrə Aİ və ABŞ ilə münasibətlərin normallaşmasında da rol oynamışdı. Çünki Azərbaycan öz tərəfdaşlarına ön şərt irəli sürmədən əməkdaşlıq təklif edir. Həm qazanır, həm də qazandırır. Çin məhsullarının Avropa bazarlarına etibarlı şəkildə çatdırılmasını da Azərbaycan öz üzərinə götürə biləcəyini bəyan etdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan bunun üçün alternativi olmayan yeganə ölkədir. Xəzərin şərqində beş ölkə bu layihənin yükünü götürməyə iddialıdır. Xəzərin qərbində isə Azərbaycan bu yükləri tək qəbul edib Avropaya göndərmək imkanına malikdir. İndi Çinin Avropa İttifaqı ilə ticarət dövriyyəsi Azərbaycandan asılıdır. Azərbaycan isə bu imkanından təhdid vasitəsi kimi yox, dost və tərəfdaş ölkələrin qazanması üçün istifadə edir. Təbii ki, burada Azərbaycanın da maraqları ön plandadır”.

Ekspertin fikrincə, nəticə olaraq Azərbaycan Prezidenti səbirli siyasətilə anti-Azərbaycan blokunu dağıtdı. İkitərəfli münasibətləri inkişaf etdirməklə nə qədər etibarlı tərəfdaş olduğunu sübut etdi. Birtərəfli qaydada qazanc güdməyərək, dost və tərəfdaş ölkələrin də qazanmasına şərait yaratdı. Bütün bunlar isə ərazisi kiçik, amma addımları iri olan Azərbaycanın sirridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

Biləsuvarda baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma başlayıb – YENİLƏNİB VİDEO

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub