Ərdoğan Çeçen: Azərbaycanın siyasi və iqtisadi imkanlarının artması qardaş dövlətimizin güclənməsinə yol açır
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycanın siyasi və iqtisadi imkanlarının artması qardaş dövlətimizin güclənməsinə yol açır. Prezident İlham Əliyevin həyata keçirdiyi son islahatlar Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu getdikcə daha da artırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Azərbaycan Evi Dərnəyinin sədri Ərdoğan Çeçen bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar insanların həyat səviyyəsinin yüksəldilməsinə, idarəetmədə şəffaflığın təmin olunmasına, ölkənin davamlı inkişafına xidmət edir. Bu, Azərbaycanın gələcəyi üçün olduqca zəruridir.
Ə.Çeçen əlavə edib ki, fevralın 9-da keçiriləcək parlament seçkiləri də demokratik inkişaf yolunda mühüm addım olacaq.
Ankara Azərbaycan Evi Dərnəyinin sədri parlament seçkilərinin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə edəcəyinə əminliyini vurğulayıb.