Ərəb Liqası ölkələri xarici işlər nazirlərinin təcili iclası keçirilib
Qahirə, 9 fevral, AZƏRTAC
Misir və İordaniyanın təşəbbüsü ilə Qahirədə Ərəb Dövlətləri Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin təcili iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda ərəb ölkələrində vəziyyət, sülhün və sabitliyin təmin edilməsi, xüsusən Fələstin probleminin həlli məsələləri müzakirə edilib. Yekun bəyannamədə vurğulanıb ki, sonuncu problemin “iki dövlət” prinsipi ilə nizama salınması Yaxın Şərqdə davamlı sülhün bərqərar olmasının yeganə yoludur. Ərəb dövlətləri paytaxtı Şərqi Qüds olmaqla və 1967-ci il iyunun 4-dək olan sərhədlər çərçivəsində suveren Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Onlar İsraili də 2002-ci ildə qəbul edilmiş Ərəb Sülh Təşəbbüsünə konstruktiv yanaşmağa çağırıblar.
İclasda çıxış edən Misirin və İordaniyanın xarici işlər nazirləri Sami Şükrü və Ayman Səfədi, həmçinin Ərəb Liqasının baş katibi Əhməd Əbul Ğeyt Körfəzin ərəb dövlətlərinə Fələstin və ərəb dünyasının digər mühüm məsələləri ilə bağlı həmrəyliyi gücləndirmək üçün müraciət ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]