ƏRƏB ÖLKƏLƏRİ YAPONİYANIN HÖKUMƏT ORQANLARINA TƏŞƏKKÜR ETMİŞDİR
Tunis səfiri, Tokioda 43 ölkəni birləşdirən Ərəb-İslam diplomatik qrupunun başçısı Saleh Hənnaçı Yaponiya XİN-ə gedərək, Yaxın Şərq və Afrika Departamentinin direktoru Motohide İosikavaya bildirmişdir ki, ərəb dövlətlərinin diplomatları Yaponiya hökumətinin konstruktiv mövqe tutmasından razı qalmışlar.
Səfir demişdir: “Yaponiya kimi, biz də zorakılığı pisləyirik, lakin mətbuat azadlığı özlüyündə məsuliyyət daşıyır, o cümlədən digər mədəniyyətlər və dinlər qarşısında məsuliyyət daşıyır”. O, Yaponiyanın dövri nəşrlərinin mövqeyini “konstruktiv və məsuliyyətli mövqe” adlandırmışdır.
Məhəmməd Peyğəmbərə Qərb mətbuatında karikaturalar verilməsi ilə əlaqədar dünyada kütləvi etiraz aksiyaları başlandıqdan dərhal sonra Yaponiya XİN bəyanat yayaraq, “bütün əlaqədar tərəfləri gərginliyi azaltmağa və vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxara biləcək əməl və ya fikirlərdən çəkinməyə” çağırmışdır. İndiyədək Yaponiyada bu karikaturaların heç biri dərc edilməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]