Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməni vandalizminə məruz qalan təhsil ocaqlarımız: 135 yaşlı Tuğ kənd məktəbi VİDEO

Xocavənd, 23 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Xocavənd rayonunun Tuğ kəndi qədim abidələri, gözəl təbiəti və zəngin təhsil ənənələri ilə tanınır. Ermənilər 30 ilə yaxın dövr ərzində işğal altında saxladıqları bu qədim yurd yerimizdə azərbaycanlılara məxsus evləri və qəbiristanlığı dağıtmaqla, Qafqaz Albaniyası dövrünə aid qədim abidələrdə saxtalaşdırma aparmaqla həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər. Azərbaycanın zəngin tarixə, mütərəqqi ənənələrə malik təhsil ocaqlarından olan 135 yaşlı Tuğ məktəbinin binası da erməni vandalizminə məruz qalıb.

Əsası 1885-ci ildə Azərbaycanın görkəmli şairi Mir Mehdi Xəzani tərəfindən qoyulmuş bu məktəbdə Qori Müəllimlər Seminariyasını bitirmiş Mustafa Cahangirov, Mirzə Qara Məhərrəmov, Abdulla bəy Məlik Aslanbəyov, Məmməd bəy Məlikyeqanov, Kazan Universitetini bitirmiş Əsgər bəy Eyvazov kimi ziyalılar müəllimlik ediblər. Fəaliyyət göstərdiyi 135 il ərzində Tuğ məktəbi ölkəyə yüzlərlə alim, dövlət məmuru, hərbçi, təhsil, mədəniyyət və incəsənət işçiləri bəxş edib. Məktəbin görkəmli məzunlarından biri Azərbaycan Xalq Cümhuriyyətinin dəmir yol, poçt və teleqraf naziri, parlamentin üzvü olmuş, sonrakı illərdə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş texnika elmləri doktoru Xudadat bəy Məlikaslanovdur.

Təhsil ocağının məzunlarından olan Ramiz Göyüşov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində doğma kəndləri və məktəbləri ilə bağlı xatirələrindən bölüşüb: “1957-ci ildə bu kənddə anadan olmuşam. Uşaqlığım, gəncliyim bu kənddə keçib. Gördüyünüz bu dağılmış məktəbdə 10 il təhsil almışam. Bina Tuğ bəyləri olan Sadıq bəyin və Mehdi bəyin mülkləri olub. Sovet hakimiyyəti illərində məktəb bu binada fəaliyyət göstərib. Ulu Öndərin təşəbbüsü ilə 1975-1978-ci illər ərzində Tuğ kəndində müasir tipli yeni məktəb binası inşa edildi. 1991-ci ildə kənd ermənilər tərəfindən işğal edilənə qədər köhnə məktəb binası salamat idi. Hətta 1990-cı ildə Bakıdan tələbə-inşaat dəstəsi gələrək məktəbin dam örtüyünü dəyişmişdi. Ermənilər kəndi işğal edəndən sonra məktəbin binasını yandırıb yararsız vəziyyətə salıblar”.

Doğma kəndlərinin işğaldan azad edildiyinə və 30 ildən sonra ata yurduna qayıtdığına görə böyük sevinc hissi yaşayan Ramiz Göyüşov burada gördüklərindən həm də kədərlənmişdi. Çünki bir zamanlar respublikamızın ən inkişaf etmiş, ən abad kəndinin acınacaqlı vəziyyəti onu təsirləndirmişdi. “Bu gün 30 ildən sonra kəndimizə gəlmişik. Həm sevinirəm, həm də burada gördüklərimdən kədərlənirəm. Tuğ vaxtilə respublikada ən tanınmış, ən abad kəndlərdən biri olub. Kəndə Bakıdan, Hadrutdan, Xankəndidən və Füzulidən gündəlik avtobus marşrutu işləyirdi. İndi isə 30 il əvvəlki Tuğdan əsər-əlamət qalmayıb. Kənd qan ağlayır. Sanki buradan vəhşi bir qəbilə keçib. İlk olaraq anadan olduğum evimizə getdim. Ev dağılıb, həyəti kol-kos basıb, ağaclar qırılıb. Sonra kənd qəbiristanlığını ziyarət etdim. Qəbirüstü abidələr məhv edilib. Qardaşımı, dayımı və nənəmi özüm dəfn etdiyim üçün qəbirlərinin yerini bilirdim. Məzarlarından heç bir işarə belə qalmayıb".

Artıq Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına və bu torpaqlarda yeni layihələrə start verib. Əminik ki, tezliklə Qarabağın bütün yaşayış məntəqələrində, o cümlədən qədim Tuğ kəndində həyat yenidən qayıdacaq və Tuğ məktəbi keçmiş şöhrətini bərpa edəcəkdir.

Erməni vandalizminə məruz qalan təhsil ocaqlarımız: 135 yaşlı Tuğ kənd məktəbi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın U-21 yığması Şimali Makedoniya ilə oyunda heç-heçə edib

Azərbaycan millisi Belarus yığması ilə görüşdə məğlub olub

Vaşinqtonda Hakan Fidanla Marko Rubio arasında görüş keçirilir

Fransada Novruz bayramı qeyd olunub

Xankəndidə iftar süfrəsi açılıb

Venesiya 2150-ci ilədək daşqın riski ilə üzləşəcək

Fransada iki kəşfiyyat təyyarəsi toqquşub

Cənubi Koreyada Azərbaycan mədəniyyəti gecəsi və Novruz şənliyi təşkil olunub

Rustem Umerov: Ukrayna və ABŞ nümayəndələri Qara dənizin, enerji infrastrukturunun təhlükəsizliyini müzakirə ediblər

Xırdalanda restoranda baş vermiş yanğın söndürülüb

Bəzi marşrutların hərəkətində tam məhdudiyyət tətbiq olunacaq

Ağ ev: Ukrayna və Rusiya Qara dənizdə təhlükəsiz hərəkəti təmin etmək barədə razılığa gəliblər

Türkiyənin ailə və sosial xidmətlər naziri Qarabağ müharibəsi şəhidlərinin övladları ilə görüşüb

Medianın İnkişafı Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verib

“ADA Universitetində Azərbaycanın enerji və sənaye sektoru üçün strateji proqrama başladıq” - Turin Politexnik Universitetinin rektoru ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan XİN: Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi heç bir nəticə verməyəcək

Xaçmazda tibbi aksiya çərçivəsində 300 nəfər müayinə olunub

Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib

Fransanın dənizaşırı ərazilər naziri “nifrətə təhrik”də ittiham olunur

Azərbaycan UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda təmsil olunur

“TEKNOFEST ŞKTC 2025”də iştirak etmək üçün müraciət edənlərin sayı 47 minə çatıb

Yuliya Klökner Almaniya parlamentinin yeni sədri seçilib

Narkokuryerdən 13 kiloqram marixuana və həşiş aşkarlanaraq götürülüb VİDEO

Azərbaycan Dillər Universitetində Çinin “Çunfen” bayramı qeyd olunub

Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib

Türkiyə dərsliklərindəki Türk dünyası xəritəsi yenilənir

Fransada bank işçiləri etiraz edirlər

Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər

Qriqori Karasin: Ər-Riyadda Rusiya ilə ABŞ arasındakı dialoq çətin, lakin faydalı oldu

Fransada şəhər şurası Baş naziri istefaya çağırıb

® "AZERCELL CUP 2025" müsabiqəsinə qeydiyyat davam edir!

Futbol üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Aleksandr Lukaşenko Belarus Prezidenti vəzifəsinin icrasına başlayıb

Azərbaycanın U-21 yığması Türkiyədə Şimali Makedoniya ilə qarşılaşacaq

İstanbulda daha bir bələdiyyə sədri şübhəli qismində ifadə verəcək

BMT-nin Cenevrə ofisində Qarabağ müharibələrinin qurbanına çevrilmiş azərbaycanlı uşaqların hüquqlarından danışılacaq

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət ünvanlayıblar

Bu gün Belarus Prezidentinin andiçmə mərasimi keçiriləcək

Sabah paytaxtda 15, bəzi bölgələrdə isə 18 dərəcə isti olacaq

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Moskvada təntənəli iftar mərasimi təşkil edib

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda ağacəkmə aksiyası təşkil olunub

Azərbaycan millisi bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək

Aleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Dünya birjalarında neftin qiyməti enib

Dünya bazarında Azərbaycan nefti bahalaşıb

Qanunsuz saxlanılan odlu silah-sursatın götürülməsi istiqamətində tədbirlər davam etdirilir

Elm Günü AMEA-nın 80 illik yubileyi ərəfəsində: Keçmişdən bu günə

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Baş prokuror Kamran Əliyev Vyetnamda bir sıra görüşlər keçirib VİDEO

Aviaşirkətlər Hitrou hava limanını məhkəməyə verə bilər

Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür

Yeni Zelandiyada güclü zəlzələ baş verib

Fransada dəmiryolçular tətilə hazırlaşırlar

Gəncə paxlavası: Tarixi qoruyub saxlayan dad

Əbu-Dabi AIM İnvestisiya Sammitinə ev sahibliyi edəcək

Hamburqda Novruz şənliyi təşkil olunub

Bioloqlar iştahı idarə edən qədim neyrohormon aşkarlayıblar - ARAŞDIRMA

Agentlik: Dünyada elektrik enerjisindən istifadə rekord həddə çatıb

Depressiya diaqnozlarının yarısı müalicəyə davamlıdır - ARAŞDIRMA

11 yaşlı Aylin Boston və Sinqapurda keçiriləcək olimpiadalara hazırlaşır VİDEO

Serbiyada dəmiryolu vağzalındakı qəzada ölənlərin sayı 16-ya çatıb

Bakıda qəza nəticəsində svetofor yararsız vəziyyətə düşüb

Tramp: Ukrayna ilə faydalı qazıntılar üzrə saziş tezliklə imzalanacaq

BMT-də Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsr olunmuş fotosərgi açılıb

Ər-Riyadda Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi müzakirə olunub

® Şuşada müqəddəs Ramazan günlərində iftar çadırları qurulub

Ərdoğan: Novruzun Türkiyədə rəsmi bayram elan edilməsini dəstəkləyirik

Antarktidada dənizin dərinliklərində inkişaf edən ekosistem kəşf olunub

ABŞ Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək

Qazaxda 31 yaşlı kişi itkin düşüb

Maka Boçorişvili: Gürcüstan müxtəlif ölkələrin iştirakı ilə Orta Dəhlizin inkişafına mühüm diqqət yetirir

Türkiyədə 43 mədənçinin ölümü ilə bağlı hökm elan olunub

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənlikləri təşkil edilib

Azərbaycan Karate Federasiyası Dünya Karate Federasiyasına rəsmi üzv qəbul edilib

Fernandu Santuş: Belarusla oyunda bir neçə futbolçuya istirahət verəcəyik

Kiyevdə “Novruz” Multikultural Sənət Festivalının açılışı olub

Qazaxıstan FHN əməkdaşları Astanada baş vermiş yanğından 60-a yaxın insanı təxliyə ediblər

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

D-8: Azərbaycanın D-8-ə üzv kimi qoşulması təşkilat üçün mühüm hadisədir

Türkiyədə keçirilən qanunsuz aksiyalar zamanı 123 polis əməkdaşı yaralanıb

Baş prokuror Vyetnamda işgüzar səfərdədir VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

Nant şəhərindəki “Qarabağ” məktəbində Novruz bayramı qeyd edilib

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəmizə gətirilib VİDEO

Azərbaycanda 2024-cü ildə turizmdə 30 faiz artım əldə edilib

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb VİDEO

Əlcəzair parlamenti “Fransız müstəmləkəçiliyinin kriminallaşdırılması”na dair qanun layihəsi hazırlayır

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb VİDEO

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlığı davam etdirir

Polis Xətai və Yasamal rayonlarında silsilə oğurluq edən şəxsləri saxlayıb

® 1-ci Milli Maliyyə Əlçatanlığı Forumunda 300-dən çox sahibkar və şirkət rəhbəri iştirak edib

Rusiyada “Qarınqulu ayı balası” tamaşasının premyerası keçirilib

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Gənclər Kitabxanasında bəstəkar Əşrəf Abbasovun 105 illik yubileyi münasibətlə virtual kitab sərgisi hazırlanıb

Ödənişi gecikdirilmiş 40 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib