ERMƏNİLƏR CAVAXETİDƏN GÜRCÜSTANI HƏDƏLƏYİRLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın əsasən ermənilər məskunlaşmış Samtsxe-Cavaxeti bölgəsinin Axalkalaki rayon mərkəzində ermənilər “Cavaxk XXI əsrin çağırışı qarşısında” mövzusunda konfrans keçirmişlər. “A-info” informasiya agentliyinin rəhbəri, tarix elmləri namizədi Xaçatur Stepanyan konfransda radikal çıxışı ilə fərqlənmiş, Gürcüstan rəhbərliyini erməni gücü ilə hədələmişdir.
Stepanyan demişdir: “Ermənilər ilk Gürcüstan Respublikası tərəfindən işğal olunmuş dədə-baba torpaqlarında (Samtsxe-Cavaxeti nəzərdə tutulur) dinc yaşamaq istəyirlər. Güc haqqa nail olmağı sürətləndirir. Lakin hələlik güc tətbiq etməyin vaxtı çatmamışdır. Lazım gələrsə ermənilər güc işlədə bilərlər”.