Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən kitab VİDEO

“Erməni əsirliyində: işgəncə və qətl antologiyası” kitabının təqdimatı keçirilib

Bakı, 15 fevral, AZƏRTAC

Fevralın 15-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində nəşr edilmiş “Erməni əsirliyində: işgəncə və qətl antologiyası” adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş qəhrəman Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupun rəhbəri İsmayıl Axundov kitabın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, general-leytenant Mədət Quliyevin nəzarəti ilə tərtib edildiyini diqqətə çatdırıb. O qeyd edib ki, “Erməni əsirliyində: işgəncə və qətl antologiyası” adlı kitabla tanış olarkən əsir və girovlara qeyri-adi üsullarla verilmiş işgəncə faktları oxucunu dəhşətə gətirə bilər. Bunlar danılmaz faktlardır və hadisə qurbanlarının şahid ifadələridir. Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən əsir və girov götürülmüş azərbaycanlılara, o cümlədən digər xalqların nümayəndələrinə qarşı adi insani dəyərlərin və beynəlxalq humanitar hüquq normalarının pozulması faktları toplanıb. Kitab müxtəlif yaşa məxsus insanların xatirələri əsasında tərtib edilib. Bunlar adi xatirələr deyil, insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən ifadələrdir. Xatirələr qadın, uşaq, qocalara, eyni zamanda, həm mülki şəxslərə, həm də hərbçilərə aiddir. Kitabda əsir və girovluqdan azad edilmiş 1450 nəfərdən 339-nun ifadəsi əksini tapıb.

Mədəniyyət və turizm nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Ədalət Vəliyev kitabın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. O, Dövlət Komissiyasının son illər xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Ə.Vəliyev deyib ki, bu kitab insanlığa qarşı törədilmiş cinayətlərin əks olunduğu mühüm sənəddir. Mədəniyyət bir xalqın dövlətçilik tarixi olmadan da onunla bərabər addımlayan stimulverici əsas amildir.

Ölkəmizin teatr tarixindən bəhs edən nazir müavini deyib ki, Azərbaycanda teatrın yaranma tarixi 1873-cü ilə təsadüf edir. Bu, dünya teatr tarixi ilə müqayisədə elə də böyük bir rəqəm deyil. İrəvanda isə 1880-ci ildə Azərbaycan dilində teatr yaranıb. İrəvanda erməni dilində teatr isə 1920-ci ildə fəaliyyətə başlayıb. İndi sual olunur, Ermənistan daha çox kimə məxsusdur, Ermənistan kimin vətənidir? İrəvan kimə məxsusdur? Bu, adi bir misaldır. Lakin çox vacib faktdır. Azərbaycan xalqı tarixən bu torpaqların sahibi olub.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib ki, yeni kitab bütövlükdə ermənilərin xalqımızın başına gətirdiyi dəhşətlərdən bəhs edir. Kitab başımıza gələn müsibətlərdən nəticə çıxarmaqla yanaşı, gələcək nəsillərə istiqamət verir, onları unutqan olmamağa səsləyir.

“Erməni əsirliyində: işgəncə və qətl antologiyası” nəşrinin başqa dillərə də tərcüməsinin vacibliyini söyləyən professor M.Qasımlı deyib ki, bu kitab mütləq səfirliklərimizə göndərilməli və nəşrin dünyada yayılmasına, təbliğinə çalışılmalıdır. O, kitabda yer alan yazılar əsasında sənədli filmlərin çəkilməsini, teatr tamaşalarının hazırlanmasını və qələm adamlarının bu real faktlar əsasında əsərlər yazmasını tövsiyə edib. Belə dəyərli kitabları millətimizin haqq işi uğrunda mübarizəsinə sanballı töhfə hesab edən alim deyib ki, buradakı faktlar erməni yalanlarına ən tutarlı cavabdır.

Təqdimat mərasimində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri - Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, eləcə də AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçiləri Rizvan Hüseynov və Moisey Bekker, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, Ombudsman Aparatının işgəncələrin qarşısının alınması şöbəsinin müdiri Rəşid Rumzadə, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxış edərək kitabda əksini tapmış hadisələri sadəcə humanitar hüquq normalarının pozulması faktı kimi deyil, ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş müharibə cinayəti kimi qiymətləndiriblər. Çıxış edənlər dünyada ikili standartların hökm sürməsinə baxmayaraq, hazırda Ermənistanda yüksək dövlət vəzifələri daşıyan müharibə canilərinin beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə inam ifadə ediblər. Bu baxımdan kitabın zəngin informasiya mənbəyi olduğu və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün zəruri tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Tərtibçilər adından çıxış edən Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Eldar Səmədov kitabda əksini tapmış faktların müxtəlif vaxtlarda əsir-girovluqdan azad edilmiş şəxslərdən alınaraq arxivləşdirildiyini bildirib. Ermənilər tərəfindən törədilmiş qeyri-insani əməlləri, işgəncə və zorakılıq hallarını insan ləyaqəti, şərəfi, əxlaqı, eləcə də milli-mental dəyərlər baxımından kitabda tam çılpaqlığı ilə təqdim etməkdən çəkindiklərini bildirən tərtibçi bu vəhşiliklərin insanlıq adına ləkə olduğunu deyib. O, ermənilərin bu cür işgəncə və zorakılıq metodlarını hələ XIX əsrin ortalarından etibarən bölgənin türk-müsəlman əhalisinə qarşı tətbiq etdiklərini bildirib. E.Səmədov faşizmin, ksenofobiyanın, dini və irqi dözümsüzlüyün, ayrı-seçkiliyin Ermənistanın dövlət siyasəti olduğunu diqqətə çatdırıb.

E.Səmədov Komissiyanın katibi əsir-girovlara münasibətdə insanlıq əleyhinə cinayətlər törətmiş ermənilərin işğalçı dövlətdə hazırda tutduqları mövqe və vəzifələrdən asılı olmayaraq, beynəlxalq hüquq müstəvisində cəzalarını alacaqlarına inamını ifadə edib.

Sonda Dövlət Komissiyasının katibi İsmayıl Axundov yaxın vaxtlarda kitabın rus və alman dillərinə də tərcümə olunacağını söyləyib. Bildirib ki, əsir və girovluqdan azad olunmuş 1450 nəfərin hər birindən videoifadələr alınıb və həmin ifadələr arxivləşdirilib, mətnləri elektronlaşdırılıb.

Nəşrin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində yeritdiyi işğalçılıq və terror siyasətinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması sahəsində fəaliyyətlərinin bariz nümunəsi olduğunu diqqətə çatdıran İsmayıl Axundov Komissiyanın üzvləri və tədbir iştirakçıları adından ölkə rəhbərliyinə bu sahədə verdiyi dəstəyə və qayğıya görə təşəkkürünü bildirib. İ.Axundov bu istiqamətdə fəaliyyətin ardıcıl davam etdiriləcəyini vurğulayıb.

 

Ermənilərin insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən kitab VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moldovanın Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır

Sumqayıtda yanğın hadisəsi baş verib

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO