Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənilərin növbəti mifi iflasa uğramışdır

Bakı, 17 iyun (AZƏRTAC). Dağlıq Qarabağın Azərbaycanlılar İcmasının (DQAİ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dağlıq Qarabağın erməni icmasının (DQEİ) faktiki (qeyri-konstitusion - red.) rəhbəri Bako Saakyan martın 18-də Yerevanda mətbuat konfransında çıxış edərək yenidən həyasızcasına danışıqlar masası arxasında ona yer ayrılmasını tələb etmişdir. Saakyan danışıqların formatının dəyişdirilməsinə nail olmaq və vasitəçilərin diqqətini özünün heç nə ilə əlamətdar olmayan şəxsiyyətinə cəlb etmək ümidinin puç olduğunu görəndən sonra demişdir ki, əgər bu prosesdə onun hətta qeyri-rəsmi, imza hüququ olmadan iştirak etməsinə icazə verilərsə, buna hədsiz şad olar. O başa düşmür ki, danışıqlar aparılan otaqda bu qisimdə yalnız imzalanmış sənədlərin mürəkkəbinin üzərinə suçəkən qoyan protokol xidmətinin əməkdaşları çıxış edirlər. Bir də masa üzərindəki mineral su şüşələrini və otağın havasını dəyişən ofisiantlar. Saakyanın danışıqlar aparılan otağa düşməsi üçün yeganə yol budur. Əlbəttə, onun Ermənistan prezidenti seçilməsi halı da mümkündür. Bu işdə biz ona nə mane ola, nə də kömək edə bilərik. Danışıqlar prosesində Saakyanla bərabər hüquqlara malik olan Dağlıq Qarabağın Azərbaycanlılar İcmasının rəhbərinin iştirak etmədiyi halda Ermənistan və Azərbaycan Prezidentləri ilə yanaşı Saakyanın bu prosesdə iştirak etməsi nə rəsmi şəkildə mümkündür, nə də qeyri-rəsmi.

Saakyan mətbuat konfransında gözünün qorasını sıxmışdır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Madrid təkliflərini ona rəsmi şəkildə təqdim etməmişlər. Saakyana elə gəlir ki, o, “münaqişənin əsas tərəfidir”. O, birmənalı şəkildə elə belə də demişdir: “Qarabağ - münaqişənin əsas tərəfidir”. Erməni həmkarımıza xatırlatmaq istərdik ki, DQAİ rəhbərləri də həmin Madrid təkliflərini həmsədrlərdən istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə almamışlar və burada, ermənilərdən fərqli olaraq heç kəs ah-zar eləmir. Dağlıq Qarabağın Azərbaycanlılar İcmasının mətbuat xidmətinin məlumatında bildirilir ki, Şuşa həmin sənədin mahiyyəti barədə məlumatı Bakıdakı mərkəzi hökumətdən almağa etiraz etmir.

Üstəlik, “Qarabağ” dedikdə təkcə ermənilər deyil, hazırda sayca keçmiş DQMV əhalisinin üçdəbirinə bərabər olan azərbaycanlılar da nəzərdə tutulur. Bu mənada qarabağlıların təyini-müqəddərat hüququndan söhbət gedirsə, bu həm də bizim hüququmuzdur. Bizim seçimimiz isə birlikdir və Vətənimiz Azərbaycandan ayrılmaq barədə söhbət də ola bilməz. Axı, millətin təyini-müqəddərat hüququ hər şeydən alidir, elə deyilmi?

Lakin mətləbdən uzaqlaşmayaq, yaxşısı budur münaqişənin, təbiri caizsə, “əsas tərəfi” olan Qarabağdan danışaq. Ümumiyyətlə, Bako Saakyan onun təmsil etdiyi 140 minlik icma adından gurultulu bəyanatlar verməkdən və danışıqlar masası arxasına can atmaqdan əvvəl heç olmasa Minsk prosesinin yaranma tarixini öyrənsəydi, pis olmazdı. Məlum olduğu kimi, bu prosesin əsasını təşkil edən “Beyker qaydaları” vaxtilə ABŞ-ın 61-ci dövlət katibi Ceyms Beyker tərəfindən təklif edilmiş və danışıqlar prosesinin əsası kimi qəbul edilmişdir.

“Beyker qaydaları”nın özəyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri məsələsidir. Bununla əlaqədar erməni tərəfin çox ustalıqla mühüm faktların üstündən keçməklə təqdim etdiyi yaxın tarixə qısaca nəzər salaq. SSRİ dağılandan və yeni müstəqil dövlətlər yaranandan dərhal sonra bu münaqişə dövlətdaxili (sovetdaxili) münaqişədən dövlətlərarası, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münaqişəyə çevrildi. Keçmiş DQMV çox çalışsa da Azərbaycanın tərkibindən qanuni yolla çıxa bilmədi, çünki separatçıların bütün səyləri SSRİ-nin 3 aprel 1990-cı il tarixli qanununun, Azərbaycan və SSRİ konstitusiyalarının müddəalarına, yuxarı səviyyəli respublika və ittifaq orqanlarının qərarlarına zidd idi. Bunun nəticəsində SSRİ-nin mövcud olduğu son günə qədər ittifaq hökumətinin yuxarı orqanları Dağlıq Qarabağı Azərbaycanın tərkibində de-yure muxtar vilayət kimi qəbul edir, özünün ən son qərarı ilə Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistanla “birləşdirilməsinə” dair Ermənistan Respublikasının, eləcə də Dağlıq Qarabağ regionunun muxtariyyətinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetinin bütün əvvəlki aktlarını ləğv etmiş, “DQR” elan edilməsini hüquqi nəticələr doğurmayan və beləliklə diqqətə layiq olmayan bir qərar kimi ləğv etmişdir.

1991-ci il dekabrın 10-da Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum”un heç bir hüquqi əsası yox idi, çünki separatçıların öz “referendumunu” uyğunlaşdırmağa çalışdıqları 3 aprel 1990-cı il tarixli SSRİ qanunu o vaxt üçün öz qüvvəsini itirmişdi.

1991-ci il sentyabrın 5-də SSRİ xalq deputatlarının növbədənkənar beşinci qurultayında “SSRİ Prezidentinin və müttəfiq respublikaların ali rəhbərlərinin birgə bəyanatından və SSRİ Ali Soveti növbədənkənar sessiyasının qərarlarından irəli gələn tədbirlər haqqında” qərar qəbul edilmişdi. Hətta 1991-ci ilin dekabr ayında həmin qanunun qüvvədə olmasını fərz etdikdə belə “referendum” təşkilatçıları həmin qanunu dəfələrlə pozduğuna görə qanunsuz səsvermənin nəticələri sıfıra bərabər idi. SSRİ-nin ləğv edilməsi ərəfəsində Dağlıq Qarabağın ən sonuncu statusu SSRİ Dövlət Şurasının 27 noyabr 1991-ci il və SSRİ Konstitusiya Nəzarəti Komitəsinin 28 noyabr 1991-ci il tarixli qərarları ilə bərpa edilmiş Azərbaycan Respublikasının tərkibində DQMV statusu idi. Bu, hələ qüvvədə olan SSRİ Konstitusiyasında göstərilmişdi. Dağlıq Qarabağ öz tarixinin sovet dövrü ilə məhz bu hüquqi statusda vidalaşmışdır (ətraflı məlumat üçün bax: http://www.1news.az/analytics/20101214013035147.html).

Beləliklə, SSRİ-nin dağılması nəticəsində Ermənistan SSRİ-in yerində Ermənistan Respublikası və Azərbaycan SSR-in yerində Azərbaycan Respublikası yaradılmış, onlar beynəlxalq birlik tərəfindən tanınmış, beynəlxalq hüququn uti possidetis juris prinsipi əsasında müttəfiq respublikaların sərhədləri daxilində BMT-yə qəbul edilmiş, münaqişə isə həmin gündən dövlətlərarası xarakter almışdır. Ermənilər iddia edirlər ki, guya Azərbaycan SSR-in yerində Azərbaycan Respublikası və “DQR” yaradılmışdır. Bu insunasiyalar doğrudursa, onda Ermənistan SSR-in yerində Ermənistan Respublikası və “Göyçə-Zəngəzur Respublikası”, RF-nin yerində isə əlli müstəqil dövlət yaranması fikri də eyni dərəcədə doğrudur.

SSRİ-nin yerində yeni müstəqil dövlətlər yaranmasını və sovetdaxili Dağlıq Qarabağ münaqişəsinin dövlətlərarası Ermənistan-Azərbaycan münaqişəsinə çevrilməsini nəzərə alaraq beynəlxalq birlik bu münaqişənin həlli yollarını axtarmağa başlamışdır. Danışıqlarda ABŞ-ın dövlət katibi Ceyms Beyker Birləşmiş Ştatlar adından əsas nümayəndə təyin edilmişdi. Onun işləyib hazırladığı və o vaxt ATƏM adlanan qrup tərəfindən təklif edilmiş prinsiplər tarixə “Beyker qaydaları” adı ilə düşmüşdür. Bu prinsiplərə görə Ermənistan və Azərbaycan “münaqişənin əsas tərəfləri” (principal parties), Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları isə “maraqlı tərəflər” (interested parties) kimi müəyyən edilmişdir (bax: John J. Maresca; Reisman (1998). Resolving the Conflict Over Nagorno-Karabakh: Lost Opportunities for International Conflict Resolution. Washington, D.C.: United States Institute of Peace Press.).

Təklif edilən qaydalar Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri tərəfindən qəbul ediləndən sonra ATƏM-in (indiki ATƏT-in) Minsk qrupunun himayəsi altında danışıqlar prosesinin əsasını təşkil edir (həmçinin bax: http://er.ru/about/text.shtml?14/4223,110989, http://www.rferl.org/content/Karabakh_Peace_Process_Must_Be_Fully_Inclusive_/1812056.html).

Danışıqlar prosesinin ilk illərində görüşlərdə 4 tərəfin hamısı (2+2) iştirak edirdi. Ermənistan prezidenti Levon Ter-Petrosyan Robert Koçaryanı, Azərbaycan Prezidenti Heydər Əliyev isə Nizami Bəhmənovu özü ilə aparırdı. 1998-ci il çevrilişindən sonra Ermənistanda hakimiyyətə gəlmiş Robert Koçaryan özü iki “maraqlı tərəfdən” birini, daha dəqiq desək DQEİ-ni danışıqlar prosesindən çıxarmış və elan etmişdir ki, bundan sonra həmin icmanın mənafelərini özü təmsil edəcəkdir. Təbii ki, bu cür gözlənilməz gedişdən sonra Nizami Bəhmənovun da həmin səfərlərdə iştirak etməsinə ehtiyac qalmırdı. Tərəflər şərtləşmiş, həmsədrlər isə razılaşmışdı ki, indi danışıqlar Ermənistanın və Azərbaycanın dövlət başçıları arasında aparılacaqdır. Lakin hətta bundan sonra da həmsədrlər regiona səfərlər zamanı həm Xankəndində DQEİ liderləri ilə, həm də Bakıda DQAİ rəhbərləri ilə görüşləri davam etdirirdilər (bəzən vaxta qənaət məqsədi ilə həmsədrlərin Azərbaycan Prezidenti və DQAİ liderləri ilə görüşləri eyni vaxta salınır və ayrı-ayrılıqda keçirilmirdi).

Görəsən, erməni təbliğat-təşviqat maşını danışıqların üçtərəfli formatı barədə və onun bərpa edilməsinin zəruriliyi barədə rəvayəti haradan çırpışdırmışdır? Maraqlıdır, bu format nə zaman mövcud olmuşdur? Axı, əslində mövcud olmayan şeyi necə bərpa etmək olar? Görəsən Saakyan nəyə görə birdən-birə danışıqlar masasına qayıtmaq, özü də bizim, yəni Qarabağ Azərbaycanlılarının nümayəndələri olmadan təkbaşına qayıtmaq fikrinə düşmüşdür? Yəni, doğrudanmı o başa düşmür ki, heç kəs - istər Azərbaycan, istərsə də həmsədrlər elə Ermənistanın özünün də qəbul etdiyi “Beyker qaydaları”ndan ibarət olan Minsk prosesinin əsaslarının pozulmasına heç vaxt imkan verməyəcəkdir? Doğrudanmı Saakyan başa düşmür ki, Azərbaycan icmasının rəhbərləri danışıqlar masası arxasında əyləşməsə onu heç kəs həmin masaya yaxın buraxmayacaqdır? Özü də buna Azərbaycandan daha çox həmsədrlər imkan verməyəcəkdir, çünki bu, Minsk prosesinin əsasının laxladılması demək olardı. Bu prosesin təməlini qoyanların amneziyasına ümid bəsləyərək belə fantastik şeylər barədə xəyallara düşmək olarmı?

Saakyan danışıqlarda yalnız öz azərbaycanlı həmkarı - DQAİ-nin rəhbəri ilə eyni vaxtda qoşulmaqla iştirak edə bilər. DQAİ-nin məlumatında vurğulanır ki, Saakyan iki icmadan ibarət olan Dağlıq Qarabağın bütün əhalisini təmsil etmir.

Münaqişənin “üç tərəfi” haqqında mifin kökləri Bişkek protokolunun imzalandığı günlərə (5 və 8 may 1994-cü il) və atəşkəs haqqında sazişin imzalandığı günlərə (9, 10 və 11 may 1994-cü il) gedib çıxır. Bu sənədlərdən birincisi (onun mətni ilə tanış olmaq üçün bax: http://www.vn.kazimirov.ru/doc9.htm) 1994-cü il mayın 5-də Bişkekdə imzalanmışdır. Həmin sənədi Azərbaycan Milli Məclisinin vitse-spikeri Afiyəddin Cəlilov, Ermənistan Milli Məclisinin sədri Babken Ararktsyan, DQEİ-nin üzvü, həmin günlərdə “DQR parlamentinin spikeri” kimi təqdim edilən Karen Baburyan, MDB ölkələri Parlamentlərarası Assambleyanın (PAA) sədri Vladimir Şumeyko, Qırğızıstan Ali Sovetinin sədri Medetkan Şerimkulov, RF Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya vasitəçilik missiyasının rəhbəri Vladimir Kazimirov və MDB ölkələri PAA Şurasının katibliyinin rəhbəri Mixail Krotov imzalamalı idi. A.Cəlilovdan başqa hamı bu sənədi imzalamış, o isə bundan imtina etmişdi.

Görüşün yeddi iştirakçısından altısının imzaladığı sənəd faks ilə Moskvaya göndərilmişdi. Sənədin əsli də oraya gedib çıxmışdır və çox güman ki, hazırda RF XİN arxivlərində saxlanılır. Bu sənədin 6 nəfər tərəfindən imzalanmış kserosurəti isə V.Kazimirov tərəfindən Bakıya gətirilmiş, mayın 8-də Azərbaycan tərəfinə yenidən bu protokolu imzalamaq təklif edilmişdi. Bu dəfə Azərbaycan tərəfini Milli Məclisin o vaxtkı spikeri Rəsul Quliyev təmsil edirdi. O da sənədin mətninə müəyyən düzəlişlər edilmədən və onu imzalayanlar sırasına DQAİ-nin rəhbəri Nizami Bəhmənovun adı əlavə olunmadan onu imzalamaqdan imtina etmişdi. Sonralar V.Kazimirov öz xatirələrində qeyd edirdi ki, bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik, hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Buna görə də Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı.

Belə də olmuşdu: R.Quliyev Kazimirovun gözünün qabağında öz əli ilə N.Bəhmənovun adını oraya əlavə etmiş, onun imzası üçün xətt çəkmiş, sənədin mətninə iki düzəliş əlavə etmiş və bundan sonra A.Cəlilovun adının yanında öz imzasını qoymuşdur. Bəhmənovu axtarmağa başlayanda, məlum olur ki, həmin gün o, Bakıda yox imiş. Kazimirov mayın 5-də Bişkekdə 6 iştirakçı tərəfindən imzalanmış və indi R.Quliyevin imzasının əsli və onun öz əli ilə etdiyi düzəlişlər əlavə edilmiş protokolun kserosurətini götürüb Bəhmənovu gözləmədən Moskvaya uçur. Hərçənd, yəqin ki, sona qədər vicdanlı olmaq və ya Bəhmənovun gəlməsini gözləmək, ya da sonradan həmin protokolu imzalamasına imkan vermək lazım idi, xüsusən ona görə ki, protokolun imzalanması onsuz da həm zaman, həm də məkan etibarilə uzadılmışdı.

Məsəl var deyərlər: “qələmlə yazılanı qılıncla da pozmaq olmaz” - N.Bəhmənovun adı RF XİN-in arxivində saxlanılan sənəddə hələ də qalır. Buna görə də Bişkek protokolu DQAİ-nin indiki rəhbəri (hətta üstündən 17 il keçəndən sonra belə), Bəhmənovun varisi tərəfindən imzalanmayınca bu sənəd, hətta onun hüquqi xarakter daşımadığını nəzərə aldıqda belə yarımçıq və sonuncu imzanı gözləyən bir sənəd hesab edilməlidir. Bu hallar inkar edildikdə və ya mübahisə mövzusuna çevrildikdə Quliyevin imzası şərti hesab edilməlidir, çünki o, həmin sənədi yalnız onu imzalayanlar sırasına DQAİ rəhbərinin əlavə edilməsi şərti ilə imzalamışdı. Başqa şərtlə yox, özü də bu, Minsk prosesinin əsaslarına tamamilə müvafiq idi. Beləliklə, bütün bu illər ərzində Bişkek protokolu yarımçıq qalmışdır və DQAİ-nin indiki rəhbəri tərəfindən imzalanmayınca yarımçıq qalacaqdır. Ya da belə hesab etmək olar ki, Azərbaycan bu sənədi ümumiyyətlə imzalamamışdır, çünki Azərbaycan tərəfin şərtləri sona qədər yerinə yetirilməmişdir.

Əlbəttə, erməni tərəfi etiraz edərək deyə bilər ki, biz öz imzamızı Bəhmənovun imzası ilə yanaşı qoymazdıq, yaxud protokol bütün digər iştirakçılar tərəfindən imzalanandan sonra ona birtərəfli qaydada düzəlişlər edilməsi düzgün deyildir. Bu, bəlkə də belədir, lakin başqa bir həqiqət də var - DQAİ-nin başçısının adı göstərilməyən siyasi sənədi Azərbaycan tərəfi də imzalamazdı və ümumiyyətlə bu bizim təqsirimiz deyildir ki, Kazimirov həmin sənədə düzəlişlər olunmasına və Bəhmənovun adının əlavə edilməsinə razılıq verdiyinə baxmayaraq onun imzasını gözləmədən çıxıb getmişdir.

Bu da bir həqiqətdir ki, təbiətdə Azərbaycanın dövləti şəxsinin və Dağlıq Qarabağdan olan bir erməni separatçısının imzaları bir yerdə olan sənəd yoxdur. Yoxdur belə sənəd! Yuxarıda qeyd edildiyi kimi Bişkekdə A.Cəlilov protokolu imzalamaqdan imtina etmişdi. Bakıya gətirilmiş sənəd isə (yaxud faksimilesi - bunun əhəmiyyəti yoxdur, əsas odur ki, bu, sənədin əsli deyildi) protokolun kserosurəti idi. Mayın 5-də 7 iştirakçıdan 5-i tərəfindən imzalanmış sənəddə Quliyev öz imzasını yalnız bu şərtlə qoymuşdu ki, elə həmin nüsxədə Bəhmənovun imzası olsun. Azərbaycanın iki rəsmi şəxsinin və “DQR” separatçısının həqiqi imzaları olan sənəd yoxdur!

Mayın doqquzunda, yəni Bişkekdə imzalanmış protokolun kserosurəti Bakıda Quliyev tərəfindən imzalanan günün ertəsi daha bir sənədin - atəşkəs haqqında sazişin imzalanmasından ibarət üçgünlük proses başlandı. Bu sənədi əvvəlcə mayın 9-da Bakıda Azərbaycan tərəfi, ertəsi gün Yerevanda Ermənistan tərəfi, mayın 11-də isə Xankəndində DQEİ nümayəndəsi imzalamışdır. Beləliklə, 1994-cü il mayın 12-də barışıq qüvvəyə minmişdir və vaxtaşırı bu barışığın pozulmasını nəzərə almasaq həmin saziş bu günə qədər qüvvədədir. Saziş üç nüsxədə, tamamilə identik mətnlə rus dilində tərtib edilmişdir (Sazişin mətni ilə tanış olmaq üçün bax: http://www.vn.kazimirov.ru/doc10.htm). Protokolu imzalayanların hər biri öz nüsxəsində imza etmiş, sonra hər üç nüsxə (hər nüsxədə bir imza olmaqla) birlikdə bənd edilərək çox güman ki, elə bu cür, bənd edilmiş şəkildə RF XİN-in arxivində saxlanılır. Başqa sözlə desək, Bişkek protokolu ilə bağlı halda olduğu kimi, təbiətdə üç həqiqi imzanın eyni vaxtda olduğu vahid sənəd yoxdur.

DQAİ-nin məlumatında daha sonra bildirilir ki, Ermənistan təbliğat-təşviqat maşını xeyli vaxtdır ki, canfəşanlıq edərək belə bir tezis yaymağa başlamışdır: guya Azərbaycan Bişkek protokolunu və atəşkəs haqqında sazişi imzalamaqla az qala Dağlıq Qarabağ ermənilərini münaqişənin “bərabər hüquqlu” tərəfi kimi tanımış və hətta “DQR”in özünü də tanımışdır. 2010-cu il martın 22-də Ermənistanın xarici işlər nazirinin müavini elə bir absurd bəyanat vermişdir ki, elementar məntiq sarıdan problemi olmayan hər kəs buna heyrətlənməyə bilməz. Koçaryan “Mediamaks” informasiya agentliyinə müsahibəsində elə belə də demişdir: “DQR ilə barışıq sənədini imzalamağa məcbur olmuş Azərbaycan hələ 1994-cü ildə Dağlıq Qarabağın müstəqilliyini faktiki olaraq tanımışdır” (http://www.panorama.am/ru/politics/2010/03/22/qocharyan/?sw).

Əslində bu cür sayıqlamalar Şavarş Koçaryana xas olan cəhətdir. Atəşkəs haqqında sazişi hansı əsasla Azərbaycan və “DQR” tərəfindən imzalanmış sənəd adlandırmaq və Azərbaycanın bu uydurma dövləti “tanıması” haqqında necə çoxmənalı nəticə çıxarmaq olar ki, nə bu sənəddə, nə də Bişkek protokolunda “Dağlıq Qarabağ Respublikası” və ya “DQR” sözləri yoxdur? Saziş, elə protokol da müxtəlif vaxtlarda, müxtəlif yerlərdə və müxtəlif kağızlar üzərində imzalanmışdır (görəsən, Ş.Koçaryan bu cür “rəsmi tanıma”nı daha harada görmüşdür?).

İndi isə diqqəti ən başlıca məsələyə cəlb etmək istərdik: Bu sənədlərin heç birində “Dağlıq Qarabağ Respublikası” sözləri tam və ya abreviatura şəklində yoxdur. Üstəlik, bu da faktdır ki. Bişkek protokolunda V.Kazimirovun və M.Krotovun vəzifələrindən başqa həmin protokolu imzalayan digər 5 nəfər şəxsin vəzifələri qəsdən göstərilməmişdir. Bəzi məlumatlara görə, bu, deklarativ xarakterli olsa belə “DQR” sözü yazılmış sənədin imzalanması ilə nəticələnən danışıqlarda iştirak etməkdən imtina etmiş məhz Azərbaycan tərəfinin təkidi ilə belə olmuşdur. Müzakirələrdən sonra həmin protokolu imzalayan şəxslərin vəzifələrini deyil, yalnız soyadlarını göstərmək qərara alınmışdır.

Atəşkəs haqqında sazişə gəldikdə isə bu sahədə vəziyyət daha prozaikdir. Sənədin mətnindən görünür ki, bu sazişdə də “DQR” sözü yoxdur. Samvel Babayanın imzasının yanında “Dağlıq Qarabağ ordusunun komandanı” sözləri yazılmışdır. Axı, “Dağlıq Qarabağ” nədir? Onun “ordu komandanı” kimdir? Dağlıq Qarabağ hələ “Dağlıq Qarabağ Respublikası” demək deyildir. Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bir regionunun, keçmiş DQMV-nin coğrafi adı kimi mövcuddur. Bəli, belə bir termin var, lakin “DQR” termini yoxdur. Bəs nə üçün “respublika” yazmayıblar? Bəlkə utanıblar?

Belə bir detal da diqqəti cəlb edir: Sənədi Ermənistan və Azərbaycan tərəfindən rəsmi hökumət nümayəndələri - iki suveren dövlətin müdafiə nazirləri imzalayır. Samvel Babayan isə heç nazir də deyil, hansısa “ordu komandanı”dır. Belə bir “vəzifə” sahibi kimi bu sənədi imzalamaqla o, öz əli ilə “Dağlıq Qarabağ”ın statusunu suveren dövlətlərdən - Ermənistandan və Azərbaycandan aşağı səviyyəyə endirmişdir. Onu da qeyd etmək lazımdır ki, partizan dəstəsinin komandiri və ya bandit dəstəsinin başçısı da müəyyən mənada ordu komandanıdır. Böyük Vətən müharibəsi illərində neçə ordu komandanı və partizan dəstələrinin komandirləri olmuşdur? Çox! Lakin bu o deməkdirmi ki, onlar hamısı ayrı-ayrı dövlətləri təmsil edirdi?

Dünyada hökumət qoşunları ilə qiyamçı orduları arasında atəşkəs haqqında sazişlər imzalanmasına aid çox nümunələr göstərmək olar. Məsələn, İran hökumət qoşunları ilə qiyamçı kürdlər arasında barışıq haqqında 28 aprel 1980-ci il tarixli, Anqola hökuməti ilə UNİTA qiyamçıları arasında 23 iyun 1988-ci il tarixli, FLEK qruplaşmasının qiyamçıları ilə 1996-cı il tarixli, sonra isə yenidən UNİTA ilə 4 aprel 2002-ci il tarixli, Kot Divuar Respublikasında hökumət qoşunları ilə qiyamçılar arasında 18 oktyabr 2002-ci il tarixli saziş, Somalidə buna oxşar 23 fevral 1992-ci il tarixli saziş, Əfqanıstanda 29 avqust 1992-ci il tarixli, Uqanda da hökumət qoşunları ilə “Tanrının müqavimət ordusu” arasında saziş və s. Bu cür misallardan çox göstərmək olar. Lakin bu sazişlərdən belə çıxırmı ki, həmin ölkələrin hökumətləri elə həmin andan başlayaraq qiyamçıların şəxsində yeni dövlətlər yaranmasını rəsmən bütün dünyada tanımışlar? Belə danışmaq öz savadsızlığını etiraf etmək deməkdir.

Atəşkəs haqqında 9-11 may 1994-cü il tarixli sazişi bir azərbaycanlı və iki erməni soyadlı şəxsin imzalaması faktı erməni tərəfin problemidir. Azərbaycan o vaxta qədər orduda qrupbazlığa son qoymuş və vahid komandanlıq altında vahid ordu yaradılmasını başa çatdırmışdı (elə buna görə də həmin sənəddə Azərbaycan tərəfdən yalnız bir imza vardır), erməni ordusu isə əvvəlki kimi Ermənistan Respublikası silahlı qüvvələrindən və Azərbaycanın Dağlıq Qarabağ regionunda fəaliyyət göstərən, Yerevanın nəzarəti altında olmayan silahlılardan ibarət idi. Atəşkəs haqqında sazişdə Bəhmənovun imzası yoxdur və ola da bilməzdi, çünki DQAİ-nin öz hərbiləşdirilmiş dəstələri yox idi və indi də yoxdur, qarabağlı azərbaycanlılardan ibarət hərbi mükəlləfiyyətlilər isə bütünlüklə vahid Azərbaycan milli ordusu şəklində inteqrasiya edilmişdir. Əgər 1994-cü ilin may ayına qədər Azərbaycan Silahlı Qüvvələrində vahid komandanlıq olmasaydı və ordu müstəqil qruplaşmalardan ibarət olsaydı, onda bu sazişi səhra komandirlərinin hər biri ilə imzalamaq lazım gələrdi. Və o halda sənəddə bir neçə soyad olardı. Bundan sonra biz münaqişənin 10 tərəfi olmasını deyərdikmi?

Başqa bir mühüm məsələ var - sazişin Ermənistan müdafiə naziri tərəfindən imzalanması faktı sənədli şəkildə sübut edir ki, Yerevan Azərbaycan ərazisində hərbi əməliyyatlarda özünün iştirakını rəsmən etiraf etmişdir. Bu isə suveren dövlətə qarşı təcavüz aktıdır.

Əlbəttə, erməni tərəfi sazişin mətnindən seçilmiş ifadələrlə spekulyasiyanı davam etdirərək, məsələn, “qarşıdurma vəziyyətində olan tərəflər” ifadəsini üç imza ilə əlaqələndirə bilər. Lakin bundan heç bir sanballı nəticə çıxara bilməyəcəkdir, çünki Bakı DQEİ-ni o vaxt da, indi də münaqişə tərəfi kimi tanıyır - əsas tərəfi kimi deyil, maraqlı tərəfi kimi. Hər şey “Beyker qaydaları”na uyğundur. Bu sənədin altında bir yox, iki erməni soyadının olması isə yenə də erməni tərəfin problemidir.

Eyni sözlər “yüksək səviyyəli Budapeşt görüşünün bəyannaməsinə” də (ATƏM/ATƏT-in Budapeşt sammitinin) sənədinə də aiddir. Bu sənəddə göstərilir ki, münaqişə tərəfləri 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə olunmasını təsdiq etmişlər. Bu yaxınlarda Regnum informasiya agentliyində Ermənistan parlamentinin keçmiş spikeri Tiqran Torosyanın məqaləsi dərc edilmişdir. Müəllif yazır: “90-cı illərdə ATƏT-in sənədlərində açıq-aşkar göstərilmişdir ki, Dağlıq Qarabağ münaqişə tərəfidir”. Lakin o, yalan deyir! Budapeşt sənədində münaqişənin tərəfləri qismində Dağlıq Qarabağın adı ümumiyyətlə göstərilməmişdir. Yuxarıda gətirilən iqtibasdan göründüyü kimi, həmin bəyannamədə söhbət imzalamaqdan deyil, məhz tərəflərin razılaşma əldə olunmasını təsdiqləməsindən gedir (bax: «Декларация Будапештской встречи на высшем уровне», раздел II, параграф 1, http://www.osce.org/mc/58703 с. 17). Aydındır ki, bunlar müxtəlif şeylərdir. Atəşkəs haqqında razılaşmanı kimin imzaladığı aydındır, bunu kimin və harada təsdiq etməsi isə sammitin bəyannaməsində qeyd edilmir. Atəşkəs haqqında sazişi həm münaqişənin hər iki əsas tərəfi (Ermənistan və Azərbaycan), həm də hər iki maraqlı tərəf də daxil olmaqla dörd tərəfin hamısı təsdiqləyə bilərdi. Bəyannamənin II bölməsinin 3-cü paraqrafında münaqişənin “bütün tərəflərindən” söhbət gedir. “Beyker qaydaları”na görə buraya “əsas tərəflər” kimi iki suveren dövlət (Ermənistan və Azərbaycan) və maraqlı tərəflər kimi Dağlıq Qarabağın iki icması daxildir. Ermənistan təbliğat-təşviqat əməkdaşlarının nəzərinə, 1994-cü il mayın 12-də atəşkəs haqqında əldə edilmiş və Budapeşt bəyannaməsinin mətnində istinad edilən razılaşmanı elə həmin ilin yayında DQAİ də rəsmən təsdiq etmiş, bunu öz press-relizində bəyan etmişdir. Buna görə də Budapeşt sammitində “atəşkəs haqqında razılaşma əldə olunmasını bütün tərəflərin təsdiq etməsindən” bəhs olunanda “bütün tərəflər” dedikdə yalnız “Beyker qaydaları” formatı nəzərdə tutula bilər. Burada məsələni təhrif edən həmsədrlər deyil, T.Torosyan özüdür. Bir şey aydın deyil, görəsən, Yerevanda nəyə görə birdən-birə belə qərara gəliblər ki, Budapeşt sammiti Dağlıq Qarabağ ermənilərini münaqişənin “bərabər” tərəfi kimi müəyyən etmiş və danışıqlar prosesinin “üçtərəfli” formatını tanımışdır? Bəyannamədə bu barədə bircə söz də yoxdur (hərçənd, T.Torosyanın sözlərinə görə, orada “aydın göstərilmişdir”). Odur ki, belə fikirlər növbəti insunasiyadır.

Elə həmin Ş.Koçaryan “Mir” Dövlətlərarası Teleradio Şirkətinin efirində çıxış edərək demişdir: “Heydər Əliyev Dağlıq Qarabağ Respublikasını hələ 1993-cü ildə tanımışdır. Mən 3 sentyabr 1993-cü ildə Bakıda tərtib edilmiş 171 nömrəli sənədi oxuyuram: “Azərbaycan rəhbərliyi Ali Sovetin sədrinin müavini A.Caqilovu (!!! - red.) Azərbaycan və DQR (Dağlıq Qarabağ Respublikası rəhbərlərinin) görüşünün təşkil olunması haqqında danışıqlar aparmaq üçün müvəkkil edir. İmza: Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən, Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev”. Bu, onun imzaladığı sənəddir. Caqilov bu cür səlahiyyətlər aldıqdan sonra DQR-in o vaxtkı xarici işlər naziri Arkadi Qukasyan Dağlıq Qarabağ Respublikasının rəhbərliyindən müvafiq səlahiyyətlər almışdır. Danışıqlar baş tutmuş, Caqilov ilə Qukasyan arasında ikitərəfli rəsmi məlumat imzalanmışdır” (bax: http://hayordi.wordpress.com/2011/02/18/шаварш-кочарян-гейдар-алиев-признал-н/).

Ş.Koçaryanın “Mir” DTRŞ-nin efirinə çıxardığı sənədin saxtalığını sübut etməyə dəyərmi? Heydər Əliyev cəmi bir cümlədən ibarət olan və üstəlik Cəlilovun soyadının da səhv göstərildiyi sənədi imzalaya bilməzdi! Erməni təbliğat-təşviqat əməkdaşlarına məsləhətimiz budur ki, Şavarş Koçaryana bu cür saxta sənədləri soxuşdurmazdan əvvəl həmin illərin hadisələrinin iştirakçılarının soyadlarını öyrənsinlər. Bundan əlavə, 1993-cü il sentyabrın 3-də Heydər Əliyev buna oxşar heç bir sənəd imzalamamışdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının arxivində bütün rəsmi sənədlərin hamısı saxlanılır, lakin orada həmin tarixdə buna oxşar heç bir sənəd yoxdur. Dağlıq Qarabağın Azərbaycanlılar İcmasının mətbuat xidmətinin məlumatında deyildiyi kimi, ümid edirik ki, Şavarş Koçaryanın guya onun əlində Heydər Əliyev tərəfindən imzalanmış sənəd olması barədə sərsəm fikirlərdən çəkinməyə ağlı çatacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib