Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənipərəst dünyanın diplomatik kapitulyasiyası – Təhlil

Ermənipərəst dünyanın diplomatik kapitulyasiyası –  Təhlil

Bakı, 18 avqust, AZƏRTAC

Ermənistan və ona havadarlıq edən Fransa kimi dövlətlər yenidən Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurası çərçivəsində qətnamənin qəbul edilməsi ilə bağlı uğursuz addım atdılar. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan təkcə Ermənistanla deyil, bu ölkəyə dəstək göstərən dövlətlərlə, ümumilikdə dünya erməniliyi ilə informasiya cəbhəsində, siyasi, diplomatik, həmçinin hüquqi müstəvidə mübarizə aparır. Haqq və ədalətin tərəfində olduğumuz və qanun çərçivəsində hərəkət etdiyimiz üçün bu istiqamətdə yalnız uğurlar əldə etmişik və uğurlarımız davam edəcək.

Bu fikirlər Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirovun “Ermənipərəst dünyanın diplomatik kapitulyasiyası” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Ötən il oktyabrın 6-da Çexiyanın Praqa şəhərində keçirilən “Avropa siyasi birliyinin” ilk Zirvə toplantısında uğurlu diplomatik qələbə qazandıq. Bundan əlavə, Vətən müharibəsindən sonra, yəni, 2020-ci ilin dekabrında da Fransa Ermənistanla birləşərək BMT TŞ çərçivəsində Azərbaycana qarşı eyni təxribatı hazırlamış və qətnamənin qəbul edilməsinə çalışmışdı. Bu addımlar da uğursuzluqla nəticələndi. Daha sonra Frankofoniya təşkilatı çərçivəsi, Avropa Parlamenti və digər beynəlxalq platformalarda Azərbaycana qarşı sənədlərin qəbul edilməsinə cəhdlər edildi. Ermənilərin bütün cəhdlərdə əli boşa çıxıb və indiyədək əleyhimizə qaldırılan məsələlərdə bizə qarşı olan hər hansı bir sənədin qəbuluna nail olunmayıb. Ermənistanın “bacısı” Fransanın parlament səviyyəsində qəbul etdiyi bəzi sənədlərin isə heç bir hüquqi qüvvəsi yoxdur.

BMT TŞ çərçivəsində bu məsələdə Azərbaycana qarşı qətnamənin qəbulu, təbii ki, bizi narahat etmirdi, çünki onun qəbulunu mümkünsüz hesab edirdik. Hətta bu məsələnin müzakirəyə çıxarılmasını BMT kimi bir təşkilatın nüfuzuna xələl gətirən, onun zəifliyi və cılızlığını sübut edən bir addım hesab edirik. Bu isə dünyanın bütün dövlətlərini çətiri altında birləşdirən təşkilatın aparıcı qurumlarından birinin erməni diaspora və lobbi təşkilatlarının, dünya erməniliyinin və ona yaxından müttəfiqlik edən təxribatlarda hiyləgər və məkrli planlarda ermənilərin yanında yer alan Fransa kimi dövlətlərin alətinə çevrilməsi deməkdir.

Aydındır ki, BMT yarandığı gündən bu günə qədər TŞ çərçivəsində 5 daimi üzvün inhisarına, əsirinə çevrilib. Belə ki, onlar istədikləri şəkildə BMT-ni idarə edir və istədikləri istiqamətdə qətnamələrin qəbuluna nail olurlar. Bəzən isə daimi üzvlər veto hüququndan istifadə edərək istənilən qərarın qəbul edilməsinə maneçilik törədirlər. Təbii ki, bu isə əvvəldən BMT-nin ədalətsiz, eyni zamanda, qeyri-şəffaf idarəetmə mexanizminə sahib olmasından xəbər verir. Hər bir halda bu, köhnə mövzudur. Bu mövzu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də fikir bildirib. Dövlətimizin başçısı BMT TŞ-də digər təşkilatlara aid daimi üzvlərin olmasının vacibliyini vurğulayıb. Məsələn, Qoşulmama Hərəkatına aid daimi üzvlər, həmçinin hazırda dünyada böyük coğrafiya və insanların böyük bir kütləsini əhatə edən islam dünyasına aid dövlətlər olmalıdırlar. Bununla belə, təəssüf ki, BMT TŞ-də daimi üzvlər yalnız xristian dövlətlərdən ibarətdir. Bu isə qeyri-konstruktiv və ədalətsiz yanaşmanın ortaya qoyulmasıdır. BMT-nin bu mexanizm əsasında fəaliyyət göstərməsi ancaq təəssüf doğurur və bu qurumdan nüfuzundan asılı olmayaraq, ədalət gözləmək sadəcə “gülüncdür”.

Düşünürəm ki, BMT TŞ çərçivəsində yenidən bir qətnamənin, yəni, Azərbaycanın Cənubi Qafqaz regionunda bütün istiqamətlərdə - sülhün və sabitliyin bərqərar edilməsi ilə bağlı müsbət təşəbbüslər ortaya qoymasından, bölgədə təhlükəsizlik və sabitlik qarantiyası rolunu öz üzərinə götürməsindən asılı olmayaraq, Azərbaycana qarşı əsassız iddialar irəli sürmək, Laçın yolunda blokada, o cümlədən Xankəndidə “humanitar böhran” yaratmaq kimi əsassız iddialar səsləndirmək Azərbaycana qarşı ikili standartlardan başqa bir şey deyil.

Əgər BMT nizamnaməsində vəzifələrinə uyğun olaraq humanitar böhranları aradan qaldırmaqla bağlı missiyasına hörmətlə yanaşırsa, İtaliyada milyonlarla uşaq, qadın və digər insanların aclıq, susuzluq və ölüm təhlükəsi ilə üz-üzə olması ilə maraqlana bilər. Belə ki, dünyanın ayrı-ayrı nöqtələrində çox ciddi humanitar böhranlar vardır. Bundan əlavə, BMT Rusiya-Ukrayna müharibəsi çərçivəsində TŞ-dəki veto hüququndan istifadə edən inhisarçı dövlətlərin olmasına görə hər hansı addım ata bilmir. Bu isə bir daha onu göstərir ki, BMT-nin mexanizmi qeyri-işləkdir. Daha əvvəl qeyd etdiyim kimi, Prezident İlham Əliyev bununla bağlı mövqe bildirərək fikirlərini əsaslandırıb. Əlavə olaraq, Türkiyə dövlətinin rəhbəri Rəcəb Tayyib Ərdoğan bildirib ki, “dünya beşdən böyükdür”. Yəni, dünya sadəcə, BMT TŞ-də daimi üzv statusuna malik beş dövlətdən ibarət deyil. Dünyada 190-dan artıq digər dövlətlər həmin o beş dövlətin iradəsinə tabe olmaq məcburiyyətində deyil. Hər birimiz belə düşünürük.

BMT bu gün özünün yaratdığı qeyri-işlək mexanizmin əsirinə çevrilib. Xankəndi, o cümlədən Laçın yolunda Azərbaycana qarşı səsləndirilən ittihamlara gəldikdə isə, bu ittihamlar tamamilə əsassız və absurddur. Bu, həmin o qurumdur ki, 1993-cü ildə eyni şəkildə müzakirələr apararaq Ermənistana qarşı qətnamələr qəbul edib. Həmin 4 qətnamədə elə Ermənistanın qanunsuz ünsürləri, silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı konkret rayon və müddətlərin səsləndirilməsi yolu ilə qeyd-şərtsiz çıxarılmasına hesablanmış məqamlar öz əksini tapıb. Amma təəssüf ki, qətnamələr sona qədər icra edilmədi və Azərbaycan 2020-ci ildə reallaşdırılan İkinci Qarabağ müharibəsi ilə həmin o qətnamələrin icrasına nail oldu.

Düşünürəm ki, bu gün həmin o addımları atan BMT və bu günə qədər dünyanın ayrı-ayrı regionlarında baş verən nifaqlara, qarşıdurmalara, toqquşmalara, kataklizmlərə qarşı heç bir mövqe ortaya qoya bilməyən, onların tənzimləmə mexanizmini həyata keçirə bilməyən BMT bu gün Azərbaycana qarşı Cənubi Qafqazda absurd və əsassız reallıqdan kənar ittihamlara alət olur, bu məsələlərlə bağlı müzakirələrin keçirilməsi üçün bir platformaya çevrilir. Təbii ki, bu, artıq BMT-nin qeyri-işlək mexanizminin çürüməsindən xəbər verir. Əgər BMT və BMT-ni yaradan dövlətlər bu təşkilatın qarşısına qoyduğu hədəflərə nail olunması ilə bağlı səmimi və real maraq sahibidirlərsə, onda BMT-nin sələfi olan millətlər cəmiyyəti kimi fəaliyyətini dayandırması, yeni təşkilatın yaradılması istiqamətində addım atmalıdırlar. Yaxud BMT, sadəcə, qeyri-işlək olduğuna görə özü-özünü buraxmalıdır. Təbii ki, bütün bu məqamlar bizim üçün ona görə prioritetə çevrilir ki, bu gün Cənubi Qafqazda sülhün, təhlükəsizliyin əldə edilməsi istiqamətində bizim atdığımız addımlara nail olmağa BMT kimi təşkilatlar maneçilik törədir. Əslində, elə bu müzakirələrin edilməsi yolu ilə Azərbaycanın irəli sürdüyü səmərəli təşəbbüslərə maneçilik törədirlər.

Digər bir məqam da TŞ çərçivəsində dövlətlərin ortaya qoyduqları mövqe ilə bağlıdır. Əslində orada ədalətli yanaşma tərzi ortaya qoyan dövlətlər də oldu, amma çox təəssüf ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşdırılmasına töhfə vermək istəyən bəzi dövlətlər daimi üzv kimi anti-Azərbaycan mövqeyi ortaya qoydular. Bir çoxları Azərbaycana Laçın yolunda “blokada”nı dayandırmağa, keçidi, gediş-gəlişi təmin etməyə və “böhran”ı aradan qaldırması ilə bağlı addımlar atmağa çağırışlar etdilər. Söhbətin hansı blokada, böhrandan getdiyini isə heç birimiz bilmirik. Baxmayaraq ki, Azərbaycan dəfələrlə həmin o təşkilatların, o cümlədən də daimi üzv statusuna malik olan dövlətlərin də diqqətinə çatdırıb ki, heç bir blokadadan söhbət getmir, humanitar məqsədlərlə o yol heç vaxt bağlı olmayıb. İnsanlar hər iki istiqamətdə o yoldan istifadə edirlər. Humanitar böhran şousu altında yük maşınlarını ora gətirmək istəyən dövlətlərə isə Azərbaycan tərəfindən çağırışlar edildi ki, əgər hansısa bir humanitar böhran realdırsa, Azərbaycan bunun qarşısını almaq üçün istənilən addımı atmağa, alternativ yol olaraq Ağdam-Xankəndi yolunu təklif etməyə və hətta humanitar yardım göstərməyə hazırdır. Amma bu təşəbbüslər rədd edildi, çünki əslində orada real humanitar böhrandan söhbət getmir. Məqsəd tamamilə fərqlidir.

Orada növbəti məkrli və hiyləgər plan həyata keçirilməkdədir. Təbii ki, buna da Azərbaycan bu günə qədər imkan vermədiyi kimi, bundan sonra da imkan verməyəcək. Hər bir halda BMT-nin bu müzakirələri bir daha Azərbaycanın siyasi və diplomatik qələbəsini təmin etdi. Eyni zamanda, anti-Azərbaycan siyasəti yürüdən ermənipərəst mövqeyi ilə seçilən dövlət və təşkilatların uğursuzluğa düçar olduqlarını bir daha sübut etdi. Həmçinin digər bir məqam isə onunla yadda qaldı ki, Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tərəfdarı olan əsas dövlətdir. Bunu isə Ermənistan tərəfi istəmir və ona görə bu oyunları qurur. Digər bir məqam da az öncə qeyd etdiyim kimi, bir daha göstərdi ki, BMT kimi nüfuzlu və böyük təcrübəyə malik bir təşkilat bu gün hansısa qüvvələrin alətinə çevrilməkdə davam edir və hansısa maraq və mənafelərə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO