Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan iqtisadiyyatının gözlənilən çöküşü – Təhlil

Ermənistan iqtisadiyyatının gözlənilən çöküşü –  Təhlil

Bakı, 7 oktyabr, AZƏRTAC

Ermənistanın iqtisadi göstəriciləri pisləşməkdə davam edir. Bunu artıq beynəlxalq reytinqlər də təsdiqləyir. Belə ki, “Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini (Long-Term Foreign-Currency Issuer Default Rating - IDR) “BB-”dan “B+” səviyyəsinə endirib. Buna əsas səbəb olaraq isə ölkədəki daxili disbalansın dərinləşməsi, xalis xarici borc və cari hesablar balansındakı defisitin artması, eyni zamanda, faiz yükünün yüksəlməsi göstərilib. Bundan başqa, Dağlıq-Qarabağ konfliktinin davam etdirilməsinin ölkənin həm maliyyə, həm fiskal, həm də ümumi makroiqtisadi sabitliyinə çox böyük mənfi təsirə malik olduğu qeyd olunub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Məsumə Talıbovanın mövzu ilə bağlı şərhini təqdim edir.

M.Talıbova bildirib ki, demoqrafik göstəricilərin onsuz da aşağı olduğu Ermənistanda müharibə şəraiti ilə bağlı tam səfərbərlik rejiminin tətbiq olunması və 55 yaşa qədər kişilərin döyüşə cəlb edilməsi bu ölkənin əməktutumlu bir çox sahələrinin fəaliyyətində məhdudiyyətlər yaratdı. Yerli sahibkarların bir çoxu istehsal fəaliyyətini dayandırmaq məcburiyyətində qaldıqlarını bildirirlər. Mikro sahibkarlar döyüşə gedərək tamamilə biznesdən uzaqlaşır, kiçik və orta sahibkarlar isə özlərinin və ya əksər işçilərinin səfərbər olunması və lazımi işçi qüvvəsi olmaması səbəbindən məhsuldarlığının kəskin aşağı düşməsini müşahidə edirlər. Böyük biznes subyektləri də ümumi iqtisadi daralmanın mənfi təsirindən öz payını almaqdadır. Pandemiyanın təsiri ilə iqtisadi aktivliyin avqust ayına olan göstəricilərində ilin əvvəli ilə müqayisədə 17,4 faiz (Ermənistan Statistika Komitəsinin rəsmi açıqlamasına əsasən) azalma onsuz da ölkə iqtisadiyyatına yetərincə ağır zərbə hesab olunurdu. Buna əlavə olaraq cəbhə bölgəsində Ermənistanın verdiyi ağır itkilər və əmək qüvvəsinin real sektordan transferinin bu mənfi trendi daha da kəskinləşdirəcəyi şübhə doğurmur. Artıq erməni sahibkarlar müxtəlif mətbuat mənbələrində üzləşdikləri çətinliklər barədə açıqlamalar verməkdən çəkinmirlər. Onların sözlərinə görə, istehsal prosesinin tamamən və ya qismən dayandırılması onların gəlirlərinə ciddi şəkildə mənfi təsir göstərir və növbəti ayın vergi ödəmələrində kəskin azalmaların olacağını da proqnozlaşdırırlar. Bu da öz növbəsində Ermənistan büdcəsinin maliyyələşməsində öz mənfi təsirini göstərəcək. Belə ki, Ermənistanın Maliyyə Nazirliyinin açıqladığı məlumata əsasən də bu il dövlət vergi daxilolmaları üzrə proqnozlar icra olunmayacaq.

Erməni sahibkarların fikrincə ölkənin iqtisadiyyatının drayveri olan sahələrin əmək resurslarının öz fəaliyyətini davam etdirməsi vacib şərtlərdəndir və istehsalda böyük payı olan şəxslərin, strateji sahələrin əmək qüvvəsinin döyüş bölgəsində deyil öz fəaliyyət sahəsində ümumi ölkə üçün, dolayısı ilə də ordu üçün daha faydalı olması nəzərə alınmalı idi. Ermənistan isə apardığı aqressiv siyasət ilə əlaqədar olaraq yaşı uyğun gələn bütün kişiləri məcburi olaraq döyüşlərə cəlb edib. Müqayisə üçün qeyd etmək olar ki, İkinci Dünya Müharibəsində istehsalda çalışan şəxslər səfərbərliyə cəlb olunmur və hərbi əməliyyatların ölkə iqtisadiyyatına ən az zərərlə təsiri təmin edilirdi.

Hələ sabit dönəmdə dörddə biri yoxsul olan Ermənistan vətəndaşlarının maliyyə vəziyyətinin müharibə şəraitində daha da pisləşməsi (sosial ayırmaların, əmək haqlarının vaxtında ödənməməsi səbəbi ilə) onların alıcılıq qabiliyyətinin azalması fonunda istehlaka olan tələbin azalması və bununla da biznes sektorunun inkişafına ağır zərbələr vurması da qeyd olunmalıdır. Bundan başqa, dövlətin hərbi itkiləri və məğlubiyyətə yaxın olması əlavə resurslar tələb edir. Dövlətin onsuz da yoxsul olan əhalinin son vəsaitlərini orduya dəstək fondları yaradaraq cəlb etməsi erməni vətəndaşlarının rifahını daha da pisləşdirir. Bu gün gözləri dönmüş və mümkün bütün ağılsızlıqları edən Ermənistan dövləti bunun onlar üçün sonun başlanğıcı olduğunu hələ tam dərk etmir. Paralel olaraq isə bəzi erməni vətəndaşları, xüsusən də sahibkarlar “müharibədən sonra həyat var!” ifadələri ilə müraciətlər və müəyyən formada mövcud gedişata etirazlarla çıxış edirlər.

Təkcə koronovirusun təsiri ilə Ermənistanın sentyabr ayına olan son rəsmi statistik məlumatlarına əsasən, ölkədə 1213 ticarət obyekti bağlanıb, 5058-i isə öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Bu da ölkədə fəaliyyət göstərən bütün ticarət obyektlərinin 50 faizə yaxın hissəsini təşkil edir. Bundan başqa, tikinti sektorunda 23 müəssisə ləğv edilib, 231-nin fəaliyyəti isə müvəqqəti dayandırılıb.

205 daşınmaz əmlak şirkəti müvəqqəti bağlanıb, 5-i isə ləğv edilib. "Digər xidmətlər" sahəsində 234 şirkət ləğv edilib, 1057-nin fəaliyyəti müvəqqəti dayandırılıb. Peşə və elmi-texniki fəaliyyətlə məşğul olan 67 müəssisə ləğv olunub, 493 müəssisənin isə fəaliyyəti müvəqqəti dayandırılıb. İnzibati və köməkçi fəaliyyət göstərən 39 şirkətin qeydiyyatı ləğv edilib, 449-u müvəqqəti dayandırılıb. Təhsil sahəsində 21 şirkət ləğv edilib, 136-sı müvəqqəti dayandırılıb. Səhiyyə və sosial xidmətlər sahəsindəki 10 müəssisə ləğv edilib, eyni sahədəki 120 müəssisənin isə müvəqqəti olaraq fəaliyyəti dayandırılıb. Hərbi döyüşlərin başlaması ilə isə sözügedən sahələrdə fəaliyyət göstərən əlavə olaraq bir çox obyekt də bağlanıb. Belə olan vəziyyətdə xalis miqrasiya dərəcəsinin (immiqrantlarla emiqrantlar arasındakı fərq) yüksək olduğu (hər 1000 nəfərə - 5,6 nəfər) bu ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar əmək resurslarının xaricə axını daha da dərinləşəcək. Yerli vətəndaşların uzunmüddətli dönəmdə sosial çətinliklərə dözməyərək dövlətə qarşı çıxacaqları da istisna edilmir. Belə ki, artıq bəzi biznes subyektləri müharibədən sonra dövlətdən kompensasiya tələb edəcəklərini də iddia edirlər.

Bir çox biznes subyektinin xammal təchizatçısı olan kənd təsərrüfatı sahəsinin fəaliyyətinin, xüsusən payız toxum səpilməsi dönəmində səfərbərlik rejimi ilə əlaqədar məhdudiyyətlərlə üzləşməsi Ermənistanda məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Bu da öz növbəsində həm biznes subyektlərin fəaliyyətinə mənfi təsir göstərəcək, həm də ərzaq təchizatını aşağı salacaq. Təklifin azalması isə ölkədə bu məhsulların qiymətinin kəskin bahalaşacağını proqnozlaşdırmağa imkan verir. Onsuz da ərzaq məhsullarının böyük qismini (BMT-nin Dünya Ərzaq Proqramının məlumatlarına görə Ermənistanın əsas ərzaq məhsullarının ortalama 66,7 faizi idxal olunur) idxal edən və artıq bu prosesdə məhdudiyyətlərlə üzləşən Ermənistan digər tərəfdən yerli istehsalda aşağı məhsuldarlıq göstərməklə daha öncə proqnozlaşdırılan ərzaq böhranının başladığını bir daha sübut edir.

Ermənistan hökumətinin öz vətəndaşlarının diqqətini ölkədəki ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq üçün başladığı yeni müharibə və Azərbaycanın güclü əks-hücum əməliyyatları nəticəsində məruz qaldığı itkilər onsuzda ağır sosial-iqtisadi problemlərə hərbi məğlubiyyət və ordudakı itkilər də əlavə edir. İndi isə Paşinyan düşdüyü ağır sosial-iqtisadi vəziyyətdən çıxmaq üçün xarici kreditlərə, ianələrə və yardımlara ümid edir. Xüsusən də, Rusiyanın və Avrasiya Birliyinin dəstəyinə arxalanır. Lakin Ermənistanın indiki hakimiyyətinin Rusiyaya qarşı xəyanətkar mövqeyi, o cümlədən rus investisiyaları və iş adamlarını sıxışdırması Rusiyadan gözlənilən köməyin olmayacağını proqnozlaşdırmağa imkan verir. Çünki, nə Avrasiya Birliyi, nə də Rusiya Ermənistan kimi etibarsız ölkənin yükünü daşımaqda maraqlı olmayacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub