ERMƏNİSTAN RƏHBƏRLİYİNİN BƏYANATLARI DAXİLİ SİYASƏT ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞDUR
Ermənistan siyasi rəhbərliyinin Dağlıq Qarabağla bağlı son vaxtlar verdiyi bəyanatların daxili siyasət üçün nəzərdə tutulması şübhə doğurmur. AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistan rəhbərliyinin verdiyi bəyanatları şərh edərkən demişdir: “Belə bəyanatların məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür. Biz qarşı tərəfi bu cür bəyanatlardan əl çəkib müzakirələrə keçməyə və ciddi işlə məşğul olmağa dəvət edirik”.
A.Əzimovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri də bu bəyanatlardan narahat olduqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]