ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ ATƏŞKƏS REJİMİNİ BİR GÜNDƏ ÜÇ DƏFƏ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri saat 17.20-dən 17.30-dək Qazax rayonunun Məzəmli kəndinin yaxınlığında yerləşən mövqelərindən, saat 17.45-dən 17.50-dək və saat 22.35-dən 22.40-dək isə həmin rayonun Balacəfərli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]