Ermənistanda ərzaq məhsullarının qiyməti kəskin bahalaşıb
Tbilisi, 9 fevral, AZƏRTAC
Ermənistanda inflyasiya və buna müvafiq olaraq ərzaq və gündəlik tələbat mallarının qiymət artımı davam edir. Bu ilin yanvar ayında illik inflyasiya 4,5 faiz olub və bu da ötən ilin dekabr ayı ilə müqayisədə 2,2 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, inflyasiyanın artımı müvafiq olaraq ölkədə qiymət artımını sürətləndirib.
Cari ilin yanvar ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə bitki yağlarının qiyməti 44,3 faiz, şəkərin 40,7 faiz, yumurtanın 26,4 faiz, süd məhsullarının 7,7 faiz, meyvənin 12 faiz, tərəvəzin 9,9 faiz, sarımsağın 95,4 faiz, tərəvəz məhsullarının 53,5 faiz, çörəyin 7,9 faiz, unun 12,5 faiz, alkoqollu içkilər və tütün məmulatlarının qiyməti 6,8 faiz bahalaşıb. Ölkə iqtisadiyyatına təsir edən xarici ticarət dövriyyəsi də azalıb.
2020-ci ildə Ermənistanda xarici ticarət dövriyyəsi 13,2 faiz azalaraq 7 milyard 103,9 milyon ABŞ dolları təşkil edib. Ticarətdə ixracın həcmi 3,9 faiz azalaraq 2 milyard 544,5 milyon dollar, idxalın dəyəri isə 17,7 faiz azalaraq 4 milyard 559,4 milyon dollar olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]