Ermənistanda koronavirusa yoluxanların sayı 100 minə çatır
Tbilisi, 4 noyabr, AZƏRTAC
Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 100 minə yaxınlaşır. Son sutka ərzində ölkədə daha 2 min 374 nəfərdə koronavirus aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ermənistan səhiyyə nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 97 min 150-yə yüksəlib.
Ölkədə koronavirusdan ölənlərin sayı daha 35 fakt artaraq 1448-ə çatıb.
Hazırda Ermənistanda 36 min 502 aktiv koronavirus xəstəsi var.
Xatırladaq ki, əhalinin hər yüz min nəfərinə düşən yoluxma hallarının və ölüm sayına görə, Ermənistan MDB məkanında birinci yerdədir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]