Ermənistanda koronavirusa yoluxanların sayı 25 min 500 nəfəri keçib
Tbilisi, 30 iyun, AZƏRTAC
Son sutka ərzində Ermənistanda daha 415 nəfərdə koronavirus aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bildirilir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 25 min 542-yə yüksəlib.
Son 24 saat ərzində ölkədə daha 10 nəfər pandemiyadan ölüb və koronavirus qurbanlarının sayı 443 olub.
Hazırda Ermənistanda 10 min 904 nəfər aktiv koronavirus xəstəsi var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]