“Ermənistanın müasir ərazilərində niyə azərbaycanlı yoxdur?” adlı kitabça alban dilinə tərcümə olunub
Tirana, 11 mart, AZƏRTAC
Beynəlxalq münasibətlərin təhlili mərkəzi (AIRCenter) və Avrasiya tədqiqatları Mərkəzinin (AVİM) birgə müəllifliyi ilə hazırlanmış “Ermənistanın müasir ərazilərində niyə azərbaycanlı yoxdur?” adlı kitabça alban dilinə tərcümə edilərək nəşr olunub.
AZƏRTAC xəbər verir ki, nəşrdə mövzu ilə bağlı vəziyyətin tarixi icmalı, azərbaycanlılara qarşı hücum və təhdidlər, onların mədəni irsinin silinməsi, qaçqın düşmüş azərbaycanlıların öz vətənlərinə qayıtmaq cəhdləri və bunun hüquqi əsasları öz əksini tapıb.
Kitabçanın Albaniyanın rəsmi və ictimai dairələr arasında yayılması, ayrıca təqdimatın keçirilməsi və aparıcı ali təhsil ocaqları, beyin mərkəzləri və kitabxanalara yerləşdirilməsi nəzərdə tutulur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tirana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [20:50]
Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]