Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq kəndindən REPORTAJ VİDEO

Ağstafa, 1 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Növbədənkənar parlament seçkiləri ölkəmizin hər yerində olduğu kimi, sərhəd kəndlərdə də yüksək fəallıqla keçirilir. Uzun müddət Ermənistan silahlı qüvvələri tərəfindən atəş altında saxlanılan, zaman-zaman təxribatlarla üzləşən sərhəd kəndlərimizdən biri də Ağstafanın Köhnəqışlaq kəndidir. Bu qədim kəndin əhalisi nəinki Birinci Qarabağ müharibəsi dövründə, hətta ötən əsrin əvvəllərində də ermənilərin təqiblərinə və hücumlarına məruz qalıb. Lakin bütün çətinliklərə baxmayaraq, sakinlər öz ata-baba yurdlarında yaşayıb, qurub-yaradıb, bir an da olsun doğma torpaqlarını tərk etməyiblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Ermənistan dövlət sərhədindəki Köhnəqışlaq kəndi dəniz səviyyəsindən 700-800 metr yüksəklikdə yerləşir. Rayon mərkəzi ilə məsafəsi təxminən 22 kilometrdir. Uzun müddət bu kənd atəş altında saxlanılıb. Ermənilər zaman-zaman təxribatlar törədərək, sakinlərin gündəlik işlə məşğul olmasına maneə yaratmağa çalışıblar. Lakin buna baxmayaraq ölkəmizin ictimai-siyasi həyatındakı proseslərdə hər zaman fəal iştirak edən köhnəqışlaqlılar bir gün də olsun kəndlərini tərk etməyiblər.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsindən sonra sərhəd kəndinin sakinlərinin əhvali-ruhiyyəsi də artıb. İndi Köhnəqışlaq sakinləri bütün ölkə vətəndaşları kimi qürurludurlar.

Əkinçilik və heyvandarlıqla məşğul olan sakinlər hazırda gündəlik işləri ilə məşğuldurlar. Kənd sakini Səhrəddin Hüseynov deyir ki, əvvəllər çətin olsa da, indi vəziyyət yaxşıdır: “Camaatın əhvalı çox yüksəkdir. Hamı bir nəfər kimi səsvermədə iştirak etməyə çalışır. Kəndimiz çox qədim kənddir. 1905-1907-ci ildə atəşə məruz qalıb, yandırılıb. Camaat qaçıb, bir də qayıdıb. 1917-1918-ci ildə yenidən həmin hadisələr təkrarlanıb. Üçüncü dəfə oxşar hadisələr 1988-ci ildə başlayıb. Amma bu dəfə heç kim heç yana getməyib, atəş altında yaşayıb. Evlərimizdə qəlpələrin yeri hələ də görünür”.

Sakinlər bildirirlər ki, əvvəllər müharibədən çox əziyyət çəkib, güllə altında yaşamalı olublar. Bu gün isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun Qarabağ Zəfərindən sonra sərhəd kəndində də həyat öz axarına qayıdıb. İndi bu sərhəd kəndində də sakitlik hökm sürür. “Düşmən həmişə bizim kəndə ciddi ziyan vururdu. Bu gün artıq elə deyil. Ovaxtkı yaşayışla, indikini müqayisə etmək olmaz. İndi daha gözəldi. Vaxtilə çox çətinliklər çəkməyimizə baxmayaraq, Prezidentimiz bizi ağ günə çıxartdı. Hazırda seçki keçirilir, sakinlər seçkidə fəal iştirak edirlər”, - deyə kənd sakini Elşən Orucov əlavə edib.

Köhnəqışlaq kəndində yaşayış üçün lazımi infrastruktur qurulub, kəndin qazı, işığı, interneti var. Yollara da asfalt örtük çəkilib. Bir sözlə, sakinlər indi yalnız həyət-bacalarındakı təsərrüfatı barədə düşünürlər. Evlərinin bir addımlığında isə Vətən torpaqlarının keşiyində ayıq-sayıq duran qəhrəman oğullar var.

108 saylı Ağstafa seçki dairəsinin 15 saylı seçki məntəqəsi Köhnəqışlaq kəndində fəaliyyət göstərir. Məntəqənin 400 seçicisi var və səsvermə prosesi fəal keçir. Məntəqə sədri Şəhadət Qurbanov bildirib ki, qeydiyyatda olan seçicilər arasında ilk dəfə səsvermə hüquq əldə edən 9 seçici var. 17 nəfərin yaşı isə 80-dən yuxarıdır.

Bir sözlə, Köhnəqışlaq kəndinin sakinləri indi daha yüksək əhvali-ruhiyyədədirlər. Onlar torpaqlarımızın keşiyini çəkən, sərhədin müdafiə və mühafizəsində duran sərhədçilərimizə daim duaçıdırlar.

Ermənistanla sərhəddə yerləşən Köhnəqışlaq kəndindən  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub

Firudin Qurbanov: Naxçıvanda təhsil konfransı səmərəli keçdi, hədəflər ətraflı müzakirə olundu

“Zirə” yeni transferini açıqlayıb

Azərbaycan və Gürcüstanın müdafiə nazirləri hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər

Nazir: Suqovuşan və Kəlbəcərdə tikilən məktəblərdə tədris köç prosesinin vaxtına uyğun olaraq başlayacaq

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Yaponiyanın keçmiş nazir müavini AİB prezidentliyinə real namizəddir

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində nəqliyyatın hərəkəti iki aylıq qismən məhdudlaşdırılacaq

NFL tarixində ən bahalı müqavilə imzalanıb

Qazaxıstanda V Dünya Köçəri Oyunları davam edir

Azərbaycanda idman və gənclər siyasətinin növbəti uğuru ŞƏRH

Şəkidə 60 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır

® “Azercell” yeni “Wi-Fi” cihazını təqdim edir

Bankların bugünkü hərracda dollar tələbi 90 milyon dolları ötüb

Ankaranın BRICS-ə müraciəti Aİ-yə mesaj və ya Qərbdən uzaqlaşmaq siqnalıdır?

Azərbaycan Avropaya qaz ixracını 10 faizdən çox artırıb

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

Nazir müavini: Ən aşağı təhsil haqqı xərcləri təhsil və iqtisadi sahələr üzrə olan ixtisaslardadır

Bu il Azərbaycanın neft ixracı 16 milyon ton olub

Gecə gec yatan insanlarda şəkərli diabetin yaranma riski yüksəkdir

Azərbaycan səfiri etimadnaməsini Maldiv Prezidentinə təqdim edib

Azərbaycanın nümayəndə heyəti Tatarıstanın İnvestisiyaların İnkişafı Agentliyində olub

“Sonsuz qardaşlıq - III” çoxmillətli təliminin açılış mərasimi keçirilib VİDEO

Təşkilat sədri: Gənclərin innovativ fikirləri ekoloji sahədə qarşılaşdığımız çağırışların həllində çox vacibdir

Sabah paytaxtda 33, bəzi bölgələrdə isə 37 dərəcə isti gözlənilir

Osman Mert: Türk dünyasının ortaq əlifbasına dair ilk mühüm qərarlar qəbul edilib

Beynəlxalq Multikulturalizm Jurnalının növbəti sayı dərc olunub

Azərbaycanda pambıq iplikləri üzrə yeni dövlət standartı qəbul edilib

Bosniya və Herseqovinada zəlzələ olub

Agentlik rəsmisi: Ötən il ümumtəhsil müəssisələrində 71 araşdırma aparılıb

Fransua Olland Mişel Barnier hökumətinə qarşı etimadsızlıq təklifinə səs verəcəyini bildirib

Xəlil Kələntər: Qarabağ Universitetində çalışmaq istəyərəm

Rusiya Hərbi Dəniz Qüvvələri Xəzərdə və digər sularda təlimlərə başlayıb

Qazaxıstanda Türk Dövlətləri Təşkilatı gənclər və idman nazirlərinin 8-ci iclası keçirilib

“Femida Könüllüləri” Təşkilatı bir ildə hansı işləri görüb?

Tatarıstandakı Azərbaycan diasporunun rəhbəri deputat seçilib

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunda təmsil olunur

Mütəxəssis: Məktəb çantasının ağırlığı uşağın bədən çəkisinin 10 faizindən çox olmamalıdır

18 ölkənin gənc liderləri COP29-a beynəlxalq ictimai dəstək üçün Bakıda toplaşıb

Ekofəalların Ankaradan Bakıya velosipedlə COP29 yürüşü başlayıb

Emin Əmrullayev: 400-dən artıq məktəb qəzalı vəziyyətdədir

Polşanın Baş naziri Almaniyaya səfərini ləğv edib

Elm və təhsil naziri Hesablama Palatasının BDU-da aşkarladığı qüsurlara münasibət bildirib

Nazir: Bəzi universitetlərin qeydiyyat zamanı tələbələrdən kağız formada sənəd tələb etməsi doğru deyil

Azərbaycan nümayəndə heyəti Astanada V Dünya Köçəri Oyunlarını izləyib

“SpaceX” milyarder sahibkarın ekipajı üçün kosmik missiyaya hazırdır

İdris İsayev: Bir tələbəyə düşən təhsil xərcləri orta hesabla 25 faiz artırılıb

Builki mövsümdə arıçılar ümumilikdə 195 min arı ailəsini yaylaqlara aparıb

Nazir: Sentyabrın 23-dən Qarabağ Universitetində tədris başlanacaq

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Avrasiya Patent Təşkilatının İnzibati Şurasının sədri seçilib

“Nənə qızlar” 32 ildən sonra yenidən Abdal-Gülablıda FOTO VİDEO

Emin Əmrullayev: COP29 tədbiri günlərində bağçaların fəaliyyəti davam edəcək

Azərbaycan Rəssamlıq Akademiyası publik hüquqi şəxsə çevrildi

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib

Bu il bal yarmarkasına 120 tona yaxın məhsul çıxarılıb

Seçmə mərhələ: Azərbaycan millisi bu gün Serbiyanı qəbul edəcək

Azərbaycan Texnologiya Universiteti yenidən təşkil edildi

Media: Ukrayna cəmiyyətində Rusiya ilə danışıqlara dəstək artır

FHN: Ötən sutka ərzində 68 halda yanğına çıxış olub

Prezident Administrasiyasının nümayəndəsi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri ilə görüşüb

Bu gün Ümumdünya Şahmat Olimpiadasına start veriləcək

Bakı Slavyan Universiteti publik hüquqi şəxs statusu aldı, Nizamnaməsi təsdiqləndi

Antonio Quterreş: Beynəlxalq səviyyədə qərar qəbuletmə mexanizmi artıq keçmişdə qalıb

Bakı Slavyan Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Memarlıq və İnşaat Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər həlak olub

Azərbaycan Rəssamlıq Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Texnologiya Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Memarlıq və İnşaat Universiteti publik hüquqi şəxsə çevrilib

“Orqanik Naxçıvan” aqroparkının layihələndirməsi bu ayın sonu başa çatacaq

Nobel Sülh mükafatçısı: Azərbaycanın yüksək elmi potensialı vardır

Ötən gün axtarışda olan 122 nəfər saxlanılıb

Milli Kitabxanada professor İsrafil İsrafilovun 75 illiyi münasibətilə kitab sərgisi açılıb

Şirvan şəhərində qəza törədən sürücünün kimliyi bəlli olub - YENİLƏNİB

Lənkəranda qanunsuz ağac emalı ilə məşğul olan sexlər aşkarlanıb

Bu il Çinlə ABŞ arasında ticarət dövriyyəsi 2,1 faiz artıb

Bakıda “Chain Reaction 2024” tədbiri təşkil olunub

Səadət Kərimi: Tədqiqatlar cəmiyyətə açıq şəkildə aparılmalıdır

Naxçıvanda Sahibkarlığın İnkişafı Fonduna qaytarılan güzəştli kreditlər üzrə daxilolmalar artıb

Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib

Azərbaycan nefti ucuzlaşıb

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu işini davam etdirir

Metroda qatarların hərəkətində yubanma olub

“Birbaşa”nın üzvü: Çempionlar Liqasını qazanmaqla nələrə qadir olduğumuzu göstərdik

Rizvan Fərzəliyev: Bu kubokun haqqımız olduğunu sübut etdik

“Birbaşa”nın baş məşqçisi: Avropa komandaları Azərbaycan təmsilçilərindən çəkinməlidir

Paralimpiya çempionu: Azərbaycanı Parisdə layiqincə təmsil etmək qürurverici hissdir

İlham Zəkiyev: Paralimpiadada qazanılan hər bir medal qələbə deməkdir

Lamiyə Vəliyeva: Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım

Çexiya yerli alimlərin yeni ixtirasını istifadəyə verir

Şimali Koreya lideri: Ordu nüvə silahından istifadə etməyə hazır olmalıdır

Minifutbol üzrə Çempionlar Liqasının qalibi olan Azərbaycan komandası Vətənə qayıdıb VİDEO

Paris Paralimpiadasında medal qazanmış Azərbaycan idmançıları Vətənə dönüblər VİDEO

Alimlər ölüm riskini azaldan xüsusiyyəti açıqlayıblar

İndoneziyada 5,4 bal gücündə zəlzələ baş verib

Alimlər elektrik sahəsi yaradaraq xroniki yaraları sağaldan bandaj hazırlayıblar

Tədqiqat: Tədricən daha az isveçli dəri xərçənginə tutulur

Almaniya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün quru sərhədlərini gücləndirir

ABŞ sahillərinə “Fransin” qasırğası yaxınlaşır

Nüfuzlu “Eurasia Review” nəşrinin saytında Prezident İlham Əliyevin İtaliyaya səfəri ilə bağlı məqalə yayımlanıb