Ermənistansayağı “demokratiya”: Azatutyun radiosunun müxbiri döyülüb VİDEO
Bakı, 3 aprel, AZƏRTAC
Azatutyun radiosunun jurnalisti Sisak Qabrielyan seçki günü Yerevanın Kond meydanında hücuma məruz qalıb.
AZƏRTAC Azadlıq radiostansiyasına istinadla xəbər verir ki, müxbir seçicilərin səs vermək üçün məntəqələrə getməzdən öncə hakim “Ermənistan Respublika Partiyası”nın (ERP) namizədi Akob Beqlaryanın qərargahına girdiyini görüb. Qərargahdan çıxan bəzi seçicilərin əlində pul tutması jurnalistin diqqətini çəkib. İçəridə nə baş verdiyini aydınlaşdırmaq istəyən Sisak Qabrielyan da qərargaha daxil olub.
Qərargahdakı şəxslər jurnalisti gördükdə rüşvət faktını gizlədərək, guya əməkhaqqı payladıqlarını bildiriblər. Daha sonra bir qrup şəxs müxbirə hücum edərək onun telefonunu əlindən alıb.
Qarşıdurmada Azatutyun radiosunun jurnalistinə göz nahiyəsindən xəsarətlər yetirilib.