ƏRZAQ ANBARI YANARAQ SIRADAN ÇIXMIŞDIR
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Suraxanı rayonuun Qaraçuxur qəsəbəsində Qum adası sanatoriyasının ərazisində “CDC Ltd” şirkətinə məxsus ərzaq malları anbarı yanmışdır. Anbarın daxilində olan bütün ərzaq malları və 180 kvadratmetr sahə külə dönmüşdür. Alovun sanatoriyanın binasına keçməsinin qarşısı alınmışdır. Xəsarət alan və tələfat yoxdur.
Faktla bağlı təhqiqat aparılır.