E.ŞEVARDNADZE: ”TBİLİSİ İLƏ BATUMİ ARASINDA QARŞIDURMANI KƏSKİNLƏŞDİRMƏK OLMAZ ”
AZƏRTAC-ın Tbilisidən aldığı xəbərə görə, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze hesab edir ki, Tbilisi ilə Batumi arasında yaranmış qarşıdurmanı kəskinləşdirmək olmaz. O, “Aliya” qəzetinə müsahibəsində demişdir: “Əgər bu gün qarşıdurma dayandırılarsa, Tbilisi ilə Batumi arasında münasibətlərdəki gərginliyi bir-iki günə tədricən aradan qaldırmaq mümkün olar. Acarıstanda qarşıdurmanın güclənməsinə yol vermək olmaz, çünki bu, Gürcüstanın digər bölgələrində də problemlər yaradar”.
“Siz indiki vəziyyətdə Aslan Abaşidzeyə nə məsləhət görərdiniz – istefa versin, yoxsa bu vəzifədə qalsın?” sualına E.Şevardnadze belə cavab vermişdir: “Acarıstan öz hüquqları olan muxtar respublikadır. Muxtar respublika ilə hesablaşmaq lazımdır. Zənnimcə, təzyiq göstərməklə Aslan Abaşidzenin istefasını tələb etmək olmaz”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]