Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub
Bakı, 2 iyul, AZƏRTAC
Xankəndi, Şuşa və Laçın şəhərlərinə səfər edənlərin daha qısa, rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin edəcək Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi uğurla davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yol infrastrukturu layihələri çərçivəsində inşa olunan, uzunluğu 14,1 kilometr olan Əsgəran–Xocalı–Xankəndi avtomobil yolu I texniki dərəcəyə uyğun tikilir. Yolun torpaq yatağının eni ərazidən asılı olaraq 26,5 metrədək dəyişir.
Layihə üzrə torpaq işləri tam yekunlaşdırılıb, yeni yol yatağı inşa edilib. Hazırda yol geyiminin əsasının və asfalt-beton örtüyünün laylarının tikintisi davam etdirilir.
Eyni zamanda, yolboyu nəzərdə tutulan 3 körpünün, 9 düzbucaqlı və 38 dairəvi suötürücünün, 23 ehtiyat keçidinin tikintisi, eləcə də 14 avtobus dayanacağının quraşdırılması işləri artıq tamamlanıb.
Hazırda layihə üzrə ümumi icra faizi 86 faiz təşkil edir.
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun istifadəyə verilməsi bölgədə nəqliyyat əlaqələrinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımalarının səmərəliliyinin artırılmasına, həmçinin kənd təsərrüfatı və turizm potensialının inkişafına mühüm töhfə verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [10:23]
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının biznes-forumu işə başlayıb
- 02.07.2026 [10:06]
Qızılın qiyməti 4075 dollardır VİDEO
- 02.07.2026 [10:04]
Neft qiymətləri ucuzlaşıb VİDEO
- 02.07.2026 [10:00]
Azərbaycan nefti 72 dollara satılıb VİDEO
- 01.07.2026 [18:45]
® “Bank of Baku”dan növbəti aksiya: Sahilyanı ərazilər təmizləndi
İsveçdə iyulun 1-dən yeni qanunlar qüvvəyə minib
- 01.07.2026 [23:32]
Azərbaycan atletləri Qosanov Memorialını dörd medalla başa vurublar
- 01.07.2026 [22:44]
“Sabah” Kurasao millisinin futbolçusunu transfer edib
- 01.07.2026 [22:32]
DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb
- 01.07.2026 [22:10]
"Qarabağ" bir gündə ikinci məğlubiyyətini alıb
- 01.07.2026 [21:42]
Rusiyada benzin və dizel yanacağı həftə ərzində bahalaşmaqda davam edib
- 01.07.2026 [21:36]
Penza vilayətinə PUA hücumu nəticəsində iki nəfər xəsarət alıb
- 01.07.2026 [21:20]
Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar
- 01.07.2026 [20:49]
Azərbaycanın U-17 millisi Tacikistan yığmasına qalib gəlib
- 01.07.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 01.07.2026 [20:00]
Çin dili kursunu başa vuran məzunlara sertifikatlar təqdim olunub
- 01.07.2026 [19:52]
İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.07.2026 [19:35]
Pedaqoji Universitetdə magistratura üzrə 3 yeni ixtisaslaşma yaradılıb
- 01.07.2026 [19:06]
Bolqarıstanın Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
- 01.07.2026 [18:51]
® “Bank of Baku”dan növbəti aksiya: Sahilyanı ərazilər təmizləndi
- 01.07.2026 [18:45]
Kanada “Avroviziya”ya qoşulub
- 01.07.2026 [18:41]