ƏTRAF MÜHİT VƏ TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİNƏ DAİR MƏSLƏHƏT MÜŞAVİRƏSİ BAŞA ÇATMIŞDIR
Müşavirəyə sədrlik edən ATƏT nümayəndəsinin sözlərinə görə, təşəbbüsdən əsas məqsəd ətraf mühitdəki mənfi dəyişiklikləri - regionda münaqişələrə və qeyri-sabitliyə şərait yaradan dəyişiklikləri aşkara çıxarmaq, habelə təşkilatların bu problemin həlli üçün potensial imkanlarını müəyyənləşdirməkdir. Bu məqsədlərə yalnız beynəlxalq təşkilatların hökumətlərlə, alimlərlə və ölkə ictimaiyyətinin nümayəndələri ilə əməkdaşlığı şəraitində nail olmaq mümkündür.
Milli Məclisi, müvafiq nazirlikləri və qeyri-hökumət təşkilatlarını təmsil edən ekspertlərin köməyi ilə şərti olaraq 5 zonaya bölünmüş Azərbaycanın bir sıra problemlərini üzə çıxarmaq mümkün olmuşdur. Münaqişə zonalarına daha çox vaxt ayrılmışdır. Problemlər arasında meşə massivlərinin nəzarətsiz qırılması, neft sızmaları təhlükəsi, kimya komplekslərinin əhalinin sağlamlığı üçün təhlükəsi, torpaqların erroziyaya məruz qalması, içməli suyun keyfiyyətinin aşağı olması, regionlarda iş yerlərinin olmaması və digərləri vardır. Ölkədə vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə mümkün layihələrə dair tövsiyələr vermişdir.
İyul ayına qədər “Ətraf mühit və təhlükəsizlik” təşəbbüsü layihələrinin dəstəklənməsi və həyata keçirilməsi üçün milli komanda yaradılacağı gözlənilir.