Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ey əzəli yurd yerimiz, azadlığının 5 illiyi mübarək!

Ey əzəli yurd yerimiz, azadlığının 5 illiyi mübarək!

Naxçıvan, 8 noyabr, AZƏRTAC

Otuz il köksümüzdə buz bağlayan həsrətimiz, hicranımız nəhayət ki, 5 il öncə tapıldı dərdinin davası, əriyib şəffaf, büllur suya, kükrəyən, ucu-bucağı görünməyən azad dənizə döndün, qəlbimizdə pərvazlanan arzular, diləklər gerçəkləşdiniz, yuxularımız çin oldunuz, bir daha gözünüz aydın! Köksü murdar yağılardan təmizlənən, Vətən sevdalı üçrəngli Bayrağımızla, Zəfər təntənəli mərd oğullarla bəzənən, füsunkar təmtəraqlı Qarabağımız, özünə qayıdan paklığın, təmiz adın mübarək! Yəqin ki, səndən ayrı qaldığımız o illər ərzində nələr çəkdiyimizi görməmiş, bilməmiş, duymamış olmazsan. Təbii ki, doğmandan, əzizindən, can parçandan ayrı qalmağın necə ağrılı, dözülməz olduğunu səndən yaxşı kim bilə bilər ki..?

Otuz il tamamilə Azərbaycanından ayrı yaşamağa məcbur qaldın, zorla qoparmağa çalışdıqları doğma anana qovuşmağı sən də təbii ki, anan qədər bütün qəlbinlə istəyirdin. Əziz yurdum, hər dəfə yağıların əlindən zinhara gəlsən də, viran qoyulsan da, məsum gözəlliyini itirməyən hüsnünü gördükcə hiss edirdik, duyurduq bizə qarşı duyğularını, könlündə od kimi tutuşan qovuşmaq yanğını, həsrətini, nisgilini. Sanki dil açıb deyirdin ki, məni bu yaramazların, vandalların əlində buraxmayın, günbəgün dörd bir yanını daha çox kəsdirən namərdlərin əlində nəfəsin daralır, səbir kasan dolub daşırdı...

Ana yurdum, şahidi oldun ki, səndən ayrı yaşamağa məcbur qaldığımız o illərdə bütün cəbhələrdə haqq-ədalət savaşımızı apardıq, bircə an belə usanmadıq, yorulmadıq, hər ötən gün daha da böyük ruh yüksəkliyi ilə Zəfər çalacağımız günə zəmin hazırladıq. Uğrunda neçə canlar qurban getdi, qanlar axıdıldı, neçə-neçə ana-bacının, qız-gəlinin gözlərindən axan yaş qurumadı... Məğrur ürəklərdən hopan “təki Vətən sağ olsun” kəlməsi ilə qayıdacağın gün sevinc yaşına dönmək ümidi ilə xəlvətə çəkildi...

Hər gələn baharda əsən həzin rüzgarlardan, qatarlaşıb el-el, oba-oba köç edən durnalardan, sabahları şəfəqdən boylanan günəşdən, axşamları aydın səmada nur saçan aydan, parlayan ulduzdan, açan çiçəklərdən, xoş qoxusu ətrafa yayılan güllərdən soraqladıq səni...

Canım Qarabağım, şeir olub dilimizdə dastanlaşdın, nəğmə olub qulağımızda çınladın, şikəstən xəyallara qərq etdi bizi, xəyalın qora dönüb yandırıb-yaxdı bağrımızı, dağları, daşları lərzəyə gətirdi ahımız. İlham verdin, ziya saçdın yaradıcılıq yolumuza, rəsm olub boyalardan, xalça olub ilmələrdən salamladın sən bizləri, sənətkarlıq nümunələrində gəldin görüşümüzə, ən sevimli, əziz qonağı oldun evlərimizin. Minilliklərin bağrını dələn, zaman-zaman gah işığa bürünən, gah da zülmətə qərq olunan tarixini vərəqlədik gecə-gündüz. Araşdırdıq, qaranlıqları aydınlığa çıxardıq, təbliğ etdik həqiqətlərini, bütün dünyaya çatdırdıq haqq səsini. Bildiklərimizi, öyrəndiklərimizi özümüzdən sonra gələcək nəsillərə də öyrətdik, sənin bizim əzəli, əbədi yurdumuz olduğunu aşıladıq onlara. Ər-ərənlərin Cıdır düzündə adı dillər əzbəri olan atlarını necə şaha qaldırdıqlarını, necə qurşaq atdıqlarını, pəhləvanların güləşini, naz-qəmzəli, yaşmaqlı qızların İsa bulağından su götürməsini nağıllar, hekayələr şəklində əxz etdik ki, əbədi həkk olunsun balacaların ağ vərəq kimi təmiz, saf yaddaşına. Nağılların baş qəhrəmanlarından oldu möhtəşəm Şuşa qalası, Xarıbülbül. “Keçmişini unudanın gələcəyi olmaz”, - deyən atalarımızın hikmətli kəlamlarına əməl etdik daim. Səninlə bağlı gördüyümüz hər işdə, keçirilən tədbirlərdə, reallaşdırılan layihələrdə özümüzə mənəvi borc bildik keçmişdən bu günə uzanan yola dərindən nəzər yetirməyi...

Əziz yurdum, 30 il ərzində çox oldu qan axıtmadan sülh yolu ilə səni qaytarmaq cəhdlərimiz. Lakin susadı əcəlinə, lovğalandı boş-boş mənfur düşmənimiz. Ulu Öndərin siyasi varisi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatımız, Ordumuz gücləndi, inkişaf etdi. Dünyanın ən qüdrətli 50 ordusunun siyahısına düşdü nizami, güclü ordumuz. Ali Baş Komandanımız sənin azadlığın üçün lazım gəlsə müharibənin qaçılmaz olacağını dəfələrlə bəyan etdi. Liderimizin qətiyyətli, dönməz mövqeyi, möhtəşəm siyasi gedişləri nicatına inamımızı daha da artırdı...

Doğma diyarım, şahidlik etdin 2016-cı ilin aprel və 2018-ci ilin may aylarında müzəffər Ordumuzun qazandığı zəfərlərə. Təbii ki, sən də fərəhləndin, qürurlandın ordumuzla. Məhz həmin zəfərlər müjdələdi sənin azadlığını, böyük Qələbənin vaxtının yetişdiyini. Və nəhayət ki, düşmənin ard-arda təxribatından sonra yenilməz Ordumuz 2020-ci il sentyabrın 27-də başladı əks-hücum əməliyyatlarına və qalib gəldi. Sənin nicatına aparan 44 günlük yolda çoxlu şəhidlər verdik, ağır itkilərə baxmayaraq başlarını dik tutdular analarımız, bacılarımız. “Təki Vətənimiz, Qarabağımız yağılardan təmizlənsin” kəlməsi dastan oldu dillərdə, üçrəngli Bayrağımızla bəzədik evimizin hər küncünü, bucağını. Nəhayət çoxdan gözlənilən həmin məqam yetişdi. Birliyimiz, bərabərliyimiz, həmrəyliyimiz sayəsində tarixin qarşımıza çıxardığı ən böyük, ağır, məsuliyyətli imtahandan da şərəflə, ləyaqətlə, məğrurcasına çıxdıq. Mübariz əsgərlərimiz qısa zamanda darmadağın etdi düşmənin 30 il ərzində qurduğu istehkamı, müdafiə qurğularını. Azadlığa çıxdı ard-arda qədim yaşayış məntəqələrimiz. Ali Baş Komandanımızın Zəfər müjdəli xəbərləri ilə açıldı hər sabahımız. “Qarabağ Azərbaycandır!” kəlməsi dilimizə dastan oldu. Tariximizə qızıl hərflərlə həkk olundu noyabrın 8-ci günü. Heç zaman tarixdən silinməyəcək əbədi Zəfər Günü...

Bəli, gözəl, əbədi, əzəli yurdum Qarabağ, əvvəllər sənin barəndə qələmə alınan yazılar “Ordumuz çox yaxında qədim, əzəli torpaqları azad edəcək, o gün uzaqda deyil” kimi bənzər cümlələrlə bitərdi. İndi isə artıq yeni növrağından, gündən-günə büsatlaşan simandan yazırıq böyük şövqlə, məhəbbətlə. Zəngilanda, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Füzulidə, Ağdamda, Şuşada, Xankəndidə dalğalanan üçrəngli Bayrağımız, yeniləşən, müasirləşən şəhər-kəndlərimiz ilhamlandırır qələmimizi. Beş il bundan öncə necə bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini göstərdiksə, bu gün də torpağa sahibliyimizi ən bariz şəkildə göstəririk. Soydaşlarımızı Qarabağda, Şərqi Zəngəzurda tikdiyimiz, hər cür şəraitə malik gözəl, yaraşıqlı evlərinə qaytarır, tarixi abidələrimizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimiz uğurla bərpa edirik, Laçında, Şuşada, Xocalıda toy mağarları qurur, bayram tonqalları qalayırıq. Bir vaxtlar odu sönmüş ocaqlar indi yenidən alovlanır, viran olunmuş küçələrə yeni həyat qayıdır, uşaqların şən-şaqraq səsləri yayılır gül-çiçək ətirli həyətlərə, yeni evlərin, yeni binaların, küçə-prospektlərin təməli atılır. Pənahəli xanın yadigarı Şuşa qalası daha məğrur görünür, Üzeyirin musiqi dünyasından güc alır Qarabağda tikilən musiqi, mədəniyyət ocaqları, Vaqif poeziyasına yeni nəfəs gəlir, xan qızı Xurşidbanu Natəvanın şeirləri səslənir ədəbi məclislərdə, Xarıbülbül festivalı öz təmtərağı ilə heyran edir qonaqlarını...

Zəfərimizin 5 illiyinə həsr olunan bu yazıda böyük qürur və fəxarət hissi ilə “Çox tezliklə iki qədim Azərbaycan torpağını - Naxçıvan və Qarabağı birləşdirəcək nəqliyyat yolu - Zəngəzur dəhlizi ilə görüşünə gələcəyəm!” - deyirəm. O zaman hüsnünə bir daha əyani tamaşa edib bu sözlərlə sənə xitab edəcəyəm: “Ey əzəli yurd yerimiz, möhtəşəm libasın mübarək!”.

Nail Əsgərov

AZƏRTAC-ın bölgə müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Şəhid övladları Milli Məclisdə olublar

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb

® “PAŞA Holdinq”in 20 yaşı tamam olur

Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri həbs edilib - Birgə məlumat

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Arazın soyuq suyundan doğma ocağın istisinə: Əhmədovlar ailəsinin qayıdış hekayəsi VİDEO

Hindistanda tikinti sahəsində faciə: 8 fəhlə həyatını itirib

Azərbaycanın sosial media məkanında lider dəyişikliyi:“Youtube” rəqibini geridə qoyub

Futzal üzrə Azərbaycan Tələbə Liqasında yeni mövsümə start verilib

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan idmançısı IMMAF Dünya Çempionatında ilk qələbəsini qazanıb

Vəkillər daha 70-ə yaxın vətəndaşa hüquqi yardım göstəriblər

Nazirlik: 70-dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

SOCAR istiqrazlarının 2-ci buraxılışı üzrə son faiz ödənişi edilib

Kreml Rusiyanın Türk Dövlətləri Təşkilatında iştirakını məqsədəuyğun hesab edir

Yasamalda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Elm və təhsil naziri Ağstafada vətəndaşları dinləyəcək – qeydiyyat başlanıb

Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib

İnklüziv incəsənət təbiətə məsuliyyətli yanaşmanın formalaşmasına kömək edir

Şərq memarlığının incisi – Şəki Xan Sarayı

Almaniyada baş verən kütləvi etirazlar Avropanın sosial rifah modelindəki dərin böhranın göstəricisidir - ŞƏRH

BMU-nun startapı beynəlxalq innovasiya proqramının qalibi olub

“İrəvan qazılığının tarixi” kitabı təqdim olunub

Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO

Avropa iğtişaşların və etirazların məngənəsində boğulur VİDEO

Petro Romanov: Müharibədən sonra Azərbaycan şirkətləri Ukraynanın energetika infrastrukturunun bərpasında iştirak edə bilər

Ötən ay ölkə ərazisində havanın temperaturu 25 gün normadan yuxarı olub

“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib

Ağciyər damarlarındakı laxtanın çıxarılması ölüm riskini azalda bilər - Yeni araşdırma

Bəxtiyar Nəcəfov: “İrəvan Qazılığının tarixi” kitabı bölgənin dini və ictimai həyatında qazılığın rolunu əks etdirir

AZCON və “Samruk-Kazyna” strateji əməkdaşlığı genişləndirir

Qaz və elektrik enerjisinin qiymətindəki artım “Azəristiliktəchizat”ın xərclərinə təsir göstərirmi?

Fransada inflyasiya 2024-cü ilin yanvarından bəri ən yüksək göstəriciyə çatıb

Əziz Ələkbərli: “İrəvan Qazılığının tarixi” kitabının nəşri Qərbi Azərbaycana qayıdış yolunda mühüm töhfədir

Futbol tarixində bu gün: Ronaldu “Real Madrid”də 100-cü qolunu vurub

Bu ilin üçüncü rübündə SOCAR 21 min metrdən çox qazma işləri həyata keçirib

Alimlər Gəncədə Nizami Gəncəvi irsinin aktual problemlərini araşdırıblar

Avropada dərinləşən sosial-siyasi problemlər hökumətlərin idarəetmə qabiliyyətini sual altına qoyur – ŞƏRH

Tədrisdə yeni yanaşmalar: MDU-da akademik heyət üçün təlimlər təşkil edilib

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Hər il Azərbaycanda 12-15 kilometr istilik xəttinin dəyişdirilməsi planlaşdırılır