“Əziz Şuşa” beynəlxalq velosiped yarışının təşkilati işləri müzakirə olunub
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 10-da Azərbaycan Velosiped Federasiyasında (AVF) cari ilin iyun ayında təşkil olunacaq “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Təşkilat Komitəsinin geniş tərkibdə iclası keçirilib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, iclasa AVF-in birinci vitse-prezidenti Sahib Ələkbərov başçılıq edib. Tədbirdə, həmçinin federasiyanın vitse-prezidenti Fuad Hacıyev və Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər.
İclasda “Əziz Şuşa” beynəlxalq velosiped yarışının təşkilati işləri müzakirə olunub. S.Ələkbərov Təşkilat Komitəsinin üzvlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2023-cü il üçün müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli velotur iyunun 7-dən 11-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]