“Falcon 9” raketinin uçuşlarının bərpasına icazə verilib
Bakı, 26 iyul, AZƏRTAC
ABŞ Federal Aviasiya İdarəsi (FAA) iki həftə əvvəlki qəzadan sonra dayandırılmış “Falcon 9” raketinin buraxılışlarının bərpasına icazə verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bloomberg agentliyi FAA-nın bəyanatına istinadla məlumat yayıb.
"Ətraflı araşdırmadan sonra FAA müəyyən edib ki, iyulun 11-də “SpaceX”in buraxılışı zamanı baş vermiş yayınma ətrafdakıların təhlükəsizliyi üçün təhdid yaratmayıb. Bu o deməkdir ki, ümumi təhqiqat açıq qaldığı müddətdə “Falcon 9” uçuşları bərpa edə bilər", - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, iyulun 11-də “Falcon 9” raketi mühərrikində yaranmış nasazlıq səbəbindən Starlink peyklərinin növbəti qrupunu lazımi orbitə çıxara bilməmişdi və bu səbəbdən onlar atmosferdə yanmışdı. İnsident son 7 ildə bu tip raketlərin buraxılması ilə bağlı ilk qəza idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]