FASE-NİN NÖVBƏTİ TƏDBİRİ AVROPA PARLAMENTİNİN BRÜSSELDƏKİ ƏSAS BİNASINDA KEÇİRİLƏCƏKDİR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanlı Tələbələrin Avropa Forumunun (FASE) növbəti tədbiri mayın 27-dən 30-dək Brüsseldə - Avropa Parlamentinin əsas binasında keçiriləcəkdir.
“Bu günü gələcəyə bağlayan ideyalar” devizi altında keçiriləcək forumun məqsədi Avropada təhsil alan azərbaycanlı tələbələrlə yanaşı, Azərbaycanda yaşayan gənclərlə dünyanın bir sıra ölkələrində təhsil alan tələbələr arasında daha sıx əlaqələr yaratmaqdır. Eyni zamanda, forum çərçivəsində hər bir gəncin vətəndaşı olduğu dövlətin həm siyasi, həm də iqtisadi gələcəyində mühüm rol oynadığını bir daha onlara aşılamaq, Avropanın universitet və şəhərlərində FASE xəttini tanıdıb inkişaf etdirmək, eyni zamanda, dünyanın bir çox ölkələrindən olan maraqlı, dərin düşüncəyə malik insanlar arasında faydalı dialoqun qurulması mövzusunda müzakirələr aparılacaqdır.
FASE-nin tədbirində bir çox nüfuzlu şəxsiyyətlər iştirak edəcəklər.
Azərbaycan Demokratik Respublikası yaranmasının 90 illik yubileyinə həsr olunacaq bu tədbir gənc ifaçıların geniş konsert proqramı ilə davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]